SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədində irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 72 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 278; 2005-ci il, № 8, maddə 781) qüvvədən düşmüş hesab edilsin.
3. "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 72 nömrəli qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 4 avqust tarixli 150 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 781) qüvvədən düşmüş hesab edilsin.
4. "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasının (Milli Kurikulumun) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli 233 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 908) qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 3 iyun 2010-cu il.
№ 103
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədində irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları həmin sənədin yerli təhsil orqanlarının əməkdaşları, metodik xidmət işçiləri, məktəb rəhbərləri və müəllimlər tərəfindən dərindən öyrənilməsini təmin etsinlər.
2. “Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” akt-komponentinin koordinatoru A.Əhmədov, TPİ-nin Kurikulum Mərkəzi (Ə.Abbasov) ümumi təhsilin məzmununun bu sənədin 2-ci bölməsində təsbit olunmuş pedaqoji prinsiplərə və ümumi tələblərə uyğun müəyyən edilməsini, V-XI siniflər üzrə fənn proqramlarının (kurikulumlarının) sənədin 9 və 10-cu bölmələrinin tələbləri əsasında hazırlanmasını diqqət mərkəzində saxlasınlar.
3. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) Hüquq sektoru (E.Həsənov) ilə birlikdə sənədin 3.6-cı bəndinə uyğun olaraq, ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab edilən Pedaqoji Şuranın Əsasnaməsinin layihəsini 1 ay müddətinə hazırlayıb təsdiq üçün rəhbərliyə təqdim etsinlər.
4. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Hüquq sektoru (E.Həsənov) sənədin 3.8-ci bəndinə əsasən, ümumi təhsil müəssisələrində fəaliyyətinə razılıq verilmiş özünüidarə orqanları (məktəb şurası, qəyyumlar, himayəçilər şuraları, metodik şura, valideyn komitəsi, uşaq parlamenti və s.) haqqında 2 ay müddətinə nümunəvi əsasnamələr hazırlayıb yerlərə göndərsinlər.
5. Strateji təhlil, planlaşdırılma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) ümumi təhsil müəssisələrinə pedaqoji kadrların seçilib yerləşdirilməsi, onların keyfiyyət göstəriciləri haqqında təlimati sənədlər hazırlanarkən qeyd olunan sənədin 6-cı bölməsinin müvafiq bəndlərini rəhbər tutsun.
6. Hüquq sektoru (E.Həsənov) həmin sənədin 6.4-cü bəndinə əsasən, cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyətdən kənarlaşdırılması barədə mövcud qanunvericilik aktlarının izahı və tətbiqi yollarını əhatə edən təlimati məktub hazırlayıb rəhbərliyə təqdim etsin.
7. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) sənədin 13-cü bölməsində əks olunmuş pedaqoji prosesin təşkili ilə bağlı müddəa və prinsiplərin geniş izahına həsr edilən elmi-metodiki məzmunlu yazı hazırlayıb təqdim etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində və Nazirliyin İnternet səhifəsində dərc olunmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
01 iyul 2010-cu il
№ 949