• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Proqram(2006-2010-cu illər)"dan irəli gələn müddəaları, maddi dəyərləri, ölkənin iqtisadi potensialını insan kapitalına çevirmək barədə dövlət başçısının konseptual xarakterli göstərişini rəhbər tutaraq, istedadlı şagirdlər üçün səmərəli və keyfiyyətli təhsil şəraiti yaratmaq və onların davamlı inkişafını təmin etmək məqsədilə  
 
ƏMR EDİRƏM:
 
1. Bölgələr üzrə müəyyən olunmuş şəhər və rayonların qeyd edilən təhsil müəssisələrinin bazasında 2010-2011-ci dərs ilindən xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün 1 (bir) V sinif açılsın:
1.1. Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey.
1.2. Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya.
1.3. Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli orta məktəb.
1.4. Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli orta məktəb.
1.5. Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb.
1.6. Şəki şəhər 19 nömrəli orta məktəb.
1.7. Quba şəhər A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey.
1.8. Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta  məktəb.
2. Həmin siniflər üçün nəzərdə tutulmuş tədris planı təsdiq edilsin (əlavə olunur).
3. Göstərilən şəhər və rayonların təhsil şöbələrinin müdirlərinə (M.Əliyev, V.Bağırov, N.Sultanov, P.Nəbiyev, S.Abdullayev, F.İbrahimov, S.Aslanov, L.Paşayev) tapşırılsın:
3.1. Gələcəkdə xüsusi istedada malik şagirdlər üçün V-XI sinifləri əhatə edən liseylərə çevriləcəyini nəzərə alaraq, bu təhsil müəssisələrində 2010-2011-ci dərs ilindən etibarən I siniflərə şagird qəbulunu dayandırsınlar, həmin siniflərin yaxınlıqda yerləşən digər məktəblərdə açılması və aidiyyəti müəllimlərin müvafiq qaydada işlə təmin olunması istiqamətində tədbirlər görsünlər.
3.2. Qeyd olunan təhsil müəssisələrində xüsusi istedadlı şagirdlər üçün V sinif açılması barədə valideynlər arasında məlumatlandırma xarakterli işlər aparılmasını, yerli qəzetlərdə və digər informasiya vasitələrində elanlar verilməsini təmin etsinlər.
3.3. Nəzərdə tutulmuş V sinfə şagird qəbulunu həyata keçirmək məqsədilə təcrübəli təhsil işçilərindən ibarət müsabiqə komissiyası yaratsınlar, həmin sinifdə bütün fənləri, xüsusilə də ana dili, riyaziyyat, Azərbaycan tarixi, xarici dil fənlərini nüfuzlu və yüksək peşəkarlıga malik müəllimlərin tədris etmələrinə nail olsunlar.
3.4. Cari il avqustun sonunadək şagirdlərin və müəllimlərin seçilməsi, habelə həmin V sinfin komplektləşdirilib məktəbdaxili əmrlə rəsmiləşdirilməsini başa çatdırsınlar.
3.5. Şagirdlərin seçimini aparan müsabiqə komissiyasının iş qrafikini hazırlayıb iyul ayının 30-dan gec olmayaraq nazirliyə təqdim etsinlər.
4. Nazirlik Aparatının rəhbəri (İ.Pirməmmədov), Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) istedadlı şagirdlər üçün V siniflərin açılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsində qeyd olunan şəhər və rayonların təhsil orqanlarına yaxından əməli kömək göstərsinlər, müsabiqə komissiyalarının işində iştirak etmək məqsədilə nazirliyin əməkdaşlarının və digər mütəxəssislərin yerlərə ezam olunmasını nəzərdə tutsunlar.
5. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) həmin V siniflərdə dərs deyəcək müəllimlərin xüsusi testlər vasitəsilə seçilməsini təmin etsin.
6. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) şagirdlərin seçiminin obyektiv və psixoloji-metodiki əsasda aparılması üçün 1 ay müddətinə bir neçə variantda ana dili, riyaziyyat fənlərindən, eləcə də məntiqi xarakterli nümunəvi testlər hazırlayıb təqdim etsin.
7. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) qeyd olunan məktəblərin növbəti dərs ilindən "Elektron məktəb" layihəsinə daxil edilməsini nəzərdə tutsun, bu müəssisələrin İKT avadanlığına ehtiyacını müəyyənləşdirib ödənilməsi istiqamətində tədbirlər görsün.
8. Nəzərə alınsın ki, göstərilən təhsil müəssisələri TSİİL çərçivəsində pilot məktəblər siyahısına daxil olunmuşdur və onların təmirlə bağlı ehtiyaclarının aradan qaldırılması, eləcə də idarəetmənin və kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi sahəsində zəruri tədbirlər həyata keçiriləcəkdir.
9. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) qeyd olunan müəssisələrdə istedadlı uşaqlarla işin təşkili məsələlərinə aid eksperiment və tədqiqatların aparılmasını təmin etsin, həmin V siniflər üçün "Nitq mədəniyyəti" və "Məntiq" kurslarının (həftədə 1 saat) nümunəvi proqramlarını, habelə əmək hazırlığı üzrə bütün təhsilalanlar üçün zəruri hesab olunan həyati bacarıqları əhatə edən fənn proqramını 1 ay müddətinə hazırlayıb nazirliyə təqdim etsin.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 iyun 2010-cu il