SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 14.5.5-ci və 21-ci maddələrinə əsasən bir sıra orta ixtisas təhsili müəssisələrinin adlarının həmin Qanuna uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Bakı Mədəni-Maarif Texnikumu - Bakı Humanitar Kolleci, Şamaxı Mədəni-Maarif Texnikumu - Şamaxı Humanitar Kolleci, Şuşa Mədəni-Maarif Texnikumu - Şuşa Humanitar Kolleci, Gəncə Musiqi Texnikumu - Gəncə Musiqi Kolleci, Sumqayıt Musiqi Texnikumu - Sumqayıt Musiqi Kolleci, Şəki Musiqi Texnikumu - Şəki Musiqi Kolleci, Şuşa Musiqi Texnikumu - Şuşa Musiqi Kolleci, Ağdam Musiqi Texniku-mu - Ağdam Musiqi Kolleci, Ağcabədi Pedaqoji Texnikumu - Ağcabədi Pedaqoji Kolleci, Astara Pedaqoji Texnikumu - Astara Pedaqoji Kolleci, Şəki Pedaqoji Texnikumu - Şəki Pedaqoji Kolleci, Bakı Məktəbəqədər Pedaqoji Texnikumu - Bakı Sosial Pedaqoji Kolleci, Bakı Sənaye Pedaqoji Texnikumu - Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu - Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci, Bakı Yeyinti Sənaye Texnikumu - Bakı Qida Sənayesi Kolleci, 1 nömrəli Bakı Tibb Məktəbi - 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Məktəbi - 2 nömrəli Bakı Baza Tibb Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Məktəbi - Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Məktəbi - Gəncə Tibb Kolleci, Mingəçevir Tibb Məktəbi - Mingəçevir Tibb Kolleci, Naxçıvan Tibb Məktəbi - Naxçıvan Tibb Kolleci, Lənkəran Tibb Məktəbi - Lənkəran Tibb Kolleci və Şəki Tibb Məktəbi - Şəki Tibb Kolleci, Bakı Yanğın Texniki Məktəbi - Yanğın Texniki Kolleci adlandırılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri
A.Rasi-zadə.
Bakı şəhəri, 16 iyun 2010-cu il
№ 112