• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq


ƏMR EDİRƏM:

 

1. “2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla həyata keçirilsin. 


2. “Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün təlimat” təsdiq edilsin (1 nömrəli əlavə).


3. Peşə təhsili müəssisələrində 2021-2022-ci tədris ili üçün ümumtəhsil fənləri üzrə vakant olan yerlərə keçid balını toplamış namizədlər sırasından müəllimlərin seçilməsi və müsahibələrin keçirilməsi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (P.Yusifov) təşkil edilsin.

 

4. “2021-2022-ci tədris ilində vakant yerlərə keçid balını toplamış namizədlər sırasından müəllimləri seçərək müddətli əmək müqaviləsi əsasında işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə). Müəyyən edilsin ki, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir.

 

5. “2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun keçirilməsi ilə əlaqədar Apelyasiya komissiyasının tərkibi” təsdiq edilsin (3 nömrəli əlavə).


6. Təhsil  İnstitutuna (R.Əzizov) tapşırılsın:


6.1. müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını təmin etsin;


6.2. cari ilin iyulun 15-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerləri barədə məlumatların toplanılmasını və təhlilini təmin etsin;


6.3. elektron test imtahanının keçirilməsi ilə bağlı zəruri təşkilati və təhlükəsizlik tədbirlərini həyata keçirsin;


6.4. imtahan nəzarətçilərinin seçimini və müəyyən olunmuş nəzarətçilərin    təlimatlandırılmasını həyata keçirsin;


6.5. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 04-11 iyun tarixlərində elektron ərizələrin qəbulunu təşkil etsin;


6.6. müsabiqənin müsahibə mərhələsinin həyata keçirilməsi üçün zəruri tədbirləri həyata keçirsin;


6.7. cari ilin 1 oktyabr tarixinədək müsabiqənin nəticəsinə əsasən işə qəbul olunan müəllimlər və  mövcud vakant yerlər haqqında məlumatların toplanılmasını təmin etsin.  


7. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın:


7.1. müsabiqələr zamanı istifadə olunacaq proqram təminatının fasiləsiz fəaliyyətini və dayanıqlığını təmin etsin;


7.2. proqram təminatının təkmilləşdirilməsini təmin etsin;


7.3. imtahan mərkəzlərində kompüter və lazımi əlavə avadanlıqların hazır vəziyyətə gətirilməsini təmin etsin;


7.4. imtahan mərkəzləri ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında təhlükəsiz bağlantını təmin etsin və məlumatların təhlükəsiz saxlanılmasına şərait yaratsın.


8. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqələrin təşkili və keçirilməsi üçün zəruri avadanlıqların quraşdırılması, sazlanması, maddi-texniki təchizatın təmin olunması məqsədi ilə mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar tələb olunan zəruri tədbirləri həyata keçirsin.


9. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.


10. Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın:


10.1. vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla cari ilin 02 iyul tarixinə kimi müvafiq qaydada elektron portala daxil edilməsini təmin etsinlər;


10.2. imtahan mərkəzlərində müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsinlər;


10.3. müsabiqənin nəticələrinə əsasən işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılmasına nəzarəti təmin etsinlər;


10.4. ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişləri vaxtında təmin etsinlər;


11. İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın:


11.1. imtahanların keçirilməsi  məqsədilə zəruri işlərin təşkili üçün  aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırsın;  


11.2. müsabiqənin nəticələri ilə bağlı daxil olmuş müraciətlərin toplanılmasını, araşdırılmasını və müvafiq qaydada cavablandırılmasını təmin etsin;


11.3. müsahibə mərhələsi üçün komissiyaların təşkil edilməsini, direktorların və ixtisas müəllimlərinin cəlb edilməsini təmin etsin;


11.4. qaydalara uyğun müsabiqənin təşkili və keçirilməsi prosesinə nəzarəti həyata keçirsin, müsabiqələrin nəticələrinə əsasən təsdiq olunmuş siyahıların yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini təmin etsin;


11.5. müsabiqələrin nəticələri üzrə statistik məlumatları və hesabatları hazırlayıb rəhbərliyə təqdim etsin.


12. İctimaiyyətlə əlaqələr sektoru  (C.Valehov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.


13. Əmrin icrasına nəzarət nazir müavini M.Məmmədova həvalə edilsin.

 

Əsas: Nazir müavini M.Məmmədovun xidməti məlumatı.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
2 iyun 2021-ci il
F-261


 

Əlavələr:

 

1. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün təlimat

 

2. 2021-2022-ci tədris ilində vakant yerlərə keçid balını toplamış namizədlər sırasından müəllimləri seçərək müddətli əmək müqaviləsi əsasında işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı

 

3.  2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun keçirilməsi ilə əlaqədar Apelyasiya komissiyasının tərkibi