• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Türkiyə Respublikası, Misir Ərəb Respublikası, Rusiya Federasiyası və Ukraynanın ali təhsil müəssisələrində Azərbaycan Respublikasından təhsil alan tələbə, aspirant və doktorantlara təqaüdlərin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2008-2010-cu illər)"nın 3.1.2.5-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Müvafiq ikitərəfli müqavilələr əsasında dövlət xətti ilə Türkiyə Respublikası və Misir Ərəb Respublikasının ali təhsil müəssisələrində Azərbaycan Respublikasından bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə üçün 100 ABŞ dolları, doktorantlar üçün 200 ABŞ dolları, Rusiya Federasiyası və Ukraynanın ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə, eləcə də ordinatorlar üçün 150 ABŞ dolları, aspirantlar üçün 250 ABŞ dolları, doktorantlar üçün isə 300 ABŞ dolları ekvivalentində büdcə vəsaiti hesabına aylıq təqaüd müəyyən edilsin.
Təqaüdlərin ödənilməsi ilə əlaqədar tələb olunan əlavə xərclər cari ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 31  may 2010-cu il.
101