• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ali və orta ixtisas təhsili müəssisələrində 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ali və orta ixtisas təhsili müəssisələrində 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyində «Qaynar xətt»in fəaliyyət göstərdiyi nəzərə alınsın (Tel: 496-34-82, faks: 496-37-61, e-mail: qaynar-xett@edu.gov.az).
2. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:
- 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar;
- qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin «Qaynar xətt»inə dərhal məlumat verilməsini təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər;
- imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar:
- yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:
- ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının monitorinqini təşkil etsinlər:
- yay imtahan sessiyasının monitorinqinə Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT-lər və ictimaiyyət nümayəndələrini cəlb etsinlər.
- yay imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;
- sessiyanın nəticələrini təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər;
4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) imtahan sessiyasının gedişi barədə KİV-ə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
5. Əmr «Azərbaycan müəllimi» qəzetində dərc edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Əsas: Ali və orta ixtisas təhsili şöbəsinin iş planı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 dekabr 2007-ci il, 1225 saylı əmri ilə təsdiq olunmuş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı (2007-2011-ci illər).
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
21 may 2010-cu il,
№ 632