• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının artırılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 11.2, 14.1-3, 18.2 və 19.2-ci bəndlərinin icrası məqsədilə
 
 
ƏMR EDİRƏM
 
Nəzərə alınsın ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində bacarıqlarının artırılması ilə bağlı kursların təşkili dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə bağlanan müqavilə əsasında ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilir.
 
1. Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində bacarıqlarının artırılması məqsədilə təşkil olunan kurslar zəruri bilik və bacarıqları formalaşdırmaq üçün nəzərdə tutulan müvafiq tədris-tematik plan, dərs cədvəli və qiymətləndirmə meyarları əsasında həyata keçirilsin.
 
2. Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin kurslara qəbulu və bitirməsi müvafiq qaydada rəsmiləşdirilsin. Kursları müvəffəqiyyətlə bitirənlərə bilik və bacarıqların artırılması ilə bağlı müvafiq sertifikatların verilməsi təmin edilsin.
 
3. Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin tədris prosesində İnformasiya və Kommunikasiya Texnologiyalarından istifadəsi sahəsində bilik və bacarıqlarının Siyahısı təsdiq edilsin (12 saylı Əlavələr).
 
4. Təhsil müəssisəsi rəhbərinin və fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı nümunəvi tədris-tematik planlar təsdiq edilsin        (34 saylı Əlavələr).
 
5. Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi üçün meyarlar təsdiq edilsin (5 saylı Əlavə).
 
6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov): 
6.1. Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində bacarıqlarının artırılması sahəsində fəaliyyət göstərən təşkilatlar tərəfindən tədris-tematik planlara uyğun metodiki-informasiya məzmunlu vəsaitlərin hazırlanması və kursların dinləyicilərinə çatdırılmasını təmin etsin.
6.2. Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün kursların keyfiyyətli və səmərəli formada təşkili üçün tədbirlər görsün.
6.3. Kursların təşkilində təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin ilkin hazırlıq səviyyəsinin nəzərə alınması və kursu bitirənlər tərəfindən buraxılış işlərinin müdafiə edilməsi təşkil edilsin. Kursları təşkil edən təşkilatlar tərəfindən buraxılış işləri və təqdimatların qiymətləndirilməsi meyarları hazırlansın.
6.4.Təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində peşəkarlığının artırılması sahəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında fəaliyyət göstərən təşkilatlar tərəfindən bu Əmrin 2–5-ci bəndlərində qeyd olunanların nəzərə alınmasını təmin etsin.
6.5.Təhsil müəssisəsi rəhbərliyinin və fənn müəllimlərinin İKT sahəsində bacarıqlarının qiymətləndirilməsi məqsədilə monitorinq və sertifikatlaşdırma sisteminin yaradılması və tətbiqi üçün zəruri olan hüquqi, təşkilatı və texniki təminatla bağlı təkliflər hazırlasın.
 
7.İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, nazirliyin “Təhsil xəbərləri” məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.
 
8.Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
 
 
Əsas: Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 22 nömrəli, 19 ferval 2010-cu il tarixli məktubu.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
18 may 2010-cu il,
594