• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil müəssisələrində İnternetdən və trafik kvotalarından istifadə barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 4.1-ci bəndlərinin icrası məqsədilə
 
ƏMR EDİRƏM
 
 
1. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin internet bağlantısını həyata keçirən qurum ilə birgə təhsil müəssisələri, o cümlədən təhsil müəssisələrinin struktur vahidləri üçün internet trafikindən istifadə planının hazırlanmasını və nəzərdə tutulan internet trafikindən səmərəli istifadə edilməsini təmin etsin.
 
2. Dövlət vəsaiti hesabına təhsil müəssisələrinə daxil olan İnternet trafikindən səmərəli istifadə planı hazırlanarkən təhsil müəssisəsinin struktur bölmələri arasındakı tələbatın, kompüterlərin sayının və təhsilalanların sayının əsas götürülməsi tövsiyə edilsin.
 
3. Təhsil müəssisələrində internet bağlantısı üçün kommersiya(və ya digər müstəqil) rabitə şəbəkələrindən istifadə edilə bilər. Təhsil müəssisəsi tərəfindən kommersiya (və ya digər) üsulu ilə əldə olunan internet trafikindən istifadə edilməsi qaydası təhsil müəssisəsinin özü tərəfindən müəyyən olunsun.
 
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və müvafiq İnternet bağlantısı həyata keçirən qurum tərəfindən təhsil müəssisələrində istifadə olunan internet trafikinin həcmi ilə bağlı müəyyən olunmuş formada hesabatlar Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təqdim edilsin (1 saylı Əlavə).
 
5. Rayon (şəhər) təhsil şöbələri və İnternet bağlantısı həyata keçirən qurum tərəfindən internet bağlantısı olan təhsil müəssisələrində dərsdə və dərsdənkənar vaxtlarda ən çox istifadə olunan internet resursları haqqında, internet resurslarından istifadə formaları haqqında müəyyən olunmuş formada aylıq və illik hesabatlar Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təqdim edilsin (2 saylı Əlavə).
 
6.  İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, nazirliyin “Təhsil xəbərləri” məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.
 
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Əsas: Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 21 nömrəli, 19 fevral   2010-cu il tarixli məktubu.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
18 may 2010-cu il,
№ 593