• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 29.0.25-ci və 21.5-ci maddələrinə müvafiq olaraq orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğunun təmin edilməsi məqsədi ilə və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
2. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.
3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli və "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyun tarixli 119 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 440; 2009-cu il, №1, maddə 29) 2-ci bəndi çıxarılsın.
4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 aprel tarixli 75 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №4, maddə 389; 2009-cu il, №1, maddə 29) 1-ci bəndi çıxarılsın.
5. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 may tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №5, maddə 331; 2009-cu il, №1, maddə 29) qüvvədən düşmüş hesab edilsin.
6. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə 87; 2009-cu il, №1, maddə 29) qüvvədən düşmüş hesab edilsin.
7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
A.Rasi-zadə  
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 19 yanvar 2010-cu il
№ 11