SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərindəinklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi və Təhsil Nazirliyinin 2020-ci il üçün İş Planının “İnklüziv təhsilin təşkili vəziyyətinin öyrənilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması” fəaliyyətinin yerinə yetirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
əmr edİrəm:
1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) tapşırılsın:
1.1. Pilot təhsil müəssisələrində - Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qruplarının təşkil olunmasını təmin etsin.
1.2. Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini təmin etsin.
1.3. Məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Təhsil İnstitutu (E.Əmrullayev) pilot təhsil müəssisəsində inklüziv məktəbəhazırlıq qruplarında təhsilin təşkilinə metodik köməkliyin göstərilməsini təmin etsin.
3. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilsin.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri
6 may 2020-ci il
F-216