• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2020-2021-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş şəxslər  iştirak edə bilər.”;

1.2 4.5-ci bənd aşağıdakı redaksiyada verilsin: 

“4.5. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik  tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər  ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla təklif edilir. Müsabiqənin nəticələrinə əsasən müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.”;

1.3.  5.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.3. Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Test suallarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılır. Əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılır. Keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.”;

1.4.  5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.5. Müsabiqənin test imtahanı mərhələsində toplanmış  bal yalnız həmin tədris  ili üçün qüvvədədir.”;

1.5.  5.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.10. Müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan  və yeni yaranan vakant yerlər üçün əlavə yerləşdirmə keçirilə bilər. Tutduqları vakansiyadan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərinə buraxılmır. Əlavə yerləşdirmədə yalnız keçid balı toplayaraq işə qəbul oluna bilməyən namizədlər, səkkiz vakant yer seçərək iştirak edə bilərlər. Vakant yerlərin seçimi üçün nəzərdə tutulmuş vaxt başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır.”.

2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin yerli təhsili idarəetmə orqanlarına göndərilməsini və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3.  Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə olunsun.

 

Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

26 fevral 2020-ci il

F-139