SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsini və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 7.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq
əmr edİrəm:
1. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.
2. I sinfə elektron ərizə qəbulu prosesinin əlaqələndirilməsi və səmərəli təşkil edilməsi məqsədilə yaradılmış İşçi Qrupunun tərkibi təsdiq edilsin (əlavə olunur).
3. 2020/2021-ci dərs ilində ölkənin rayon və şəhərləri üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təhsili idarəetmə orqanları tərəfindən peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə komissiyaları təşkil olunsun.
4. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyasının müsbət yazılı rəyi əsasında aparılsın.
5. Dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) onlayn qeydiyyatı 2020-ci il mart ayının 10-dan, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi mart ayının 13-dən başlansın.
6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (V.Xanlarov) şagirdlərin I sinfə qəbulu elektron xidmətinin fəaliyyətini təmin etsin.
7. Maliyyə şöbəsi (R.Orucov) şagirdlərin I sinfə elektron sistem vasitəsilə qəbulunun həyata keçirilməsi ilə bağlı zəruri maliyyə məsələlərini həll etsin.
8. İnformasiya şöbəsi (E.Məmmədov) I sinfə elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri
20 fevral 2020-ci il
F-117