• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2010-cu ilin noyabr ayında respublikamızın tanınmış ali təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətə başlamasının 80 illiyi tamam olur.
Zəngin elmi-pedaqoji ənənələrə malik Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizdə təhsilin inkişafına sanballı töhfələr vermişdir.
İqtisadiyyatın ən müxtəlif sahələri üçün geniş profil üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:


1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 11 may 2010-cu il.