SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş İcra Planına uyğun olaraq, 2010-2011-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurrikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-cu il iyun-avqust aylarında Naxçıvan MR-in, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin, respublika rayonlarının təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ilində I siniflərdə işləyəcək ibtidai sinif müəllimləri üçün 6 günlük təlim kursları təşkil edilsin.
2. Təlim kursunun tədris planı və proqramı təsdiq olunsun (əlavə olunur).
3. Nəzərə alınsın ki:
3.1. Naxçıvan MR-də təlim kursları "öyrədənlərin öyrədilməsi" kursunu bitirib xüsusi sertifikat almış məşqçi-müəllimlər tərəfindən aparılır.
3.2. Respublikanın şəhər və rayonlarında təlim kursları TSİİL çərçivəsində tender qaydasında bu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar tərəfindən aparılır.
3.3. Bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya və s.) I sinifdə işləyəcək ibtidai sinif müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin müəllimləri məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.
3.4. Təlim kursunu uğurla başa vurmuş müəllimlərə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş formada sertifikat verilir.
3.5. Ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan I sinifdə işləyəcək müəllimlər, habelə uzürlü səbəbdən təlimdə iştirak etməyən müəllimlər üçün 2010-cu il sentyabr ayı ərzində təlim kursları təşkil edilə bilər.
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
4.1. Bu əmrin icrasının təmin olunması ilə bağlı fəaliyyət planı hazırlayıb təsdiq etsinlər.
4.2. Təlim kursları başlanana qədər 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin siyahısını bir daha dəqiqləşdirsinlər, yeni fənn kurrikulumları ilə tədrisə başlanacaq I siniflərdə ən səriştəli və müasir tələblər baxımından yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etsinlər.
4.3. Ərazilər üzrə təlim kursları təşkil olunacaq məktəblərə (ixtisasartırma müəssisələrinə) təhkim olunan məsul əməkdaşları və Təhsil Nazirliyi ilə kursların təşkili ilə bağlı məsələləri əlaqələndirəcək şəxsi müəyyənləşdirsinlər.
4.4. Təlim kurslarını təşkil edəcək təşkilatla birlikdə 2010-cu ilin iyun-avqust aylarında keçiriləcək kursların cədvəlini tərtib etsinlər, təlim kursu təşkil edilən müəssisələrdə məşğələlərin səmərəli keçirilməsi üçün lazımi şərait yaratsınlar, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompüter (noutbuk), proyektor və s.) təchizatını təmin etsinlər.
4.5. Təlim kurslarına cəlb edilən müəllimlərin, kurs keçirilən müəssisələrin və onlara təhkim olunan əməkdaşların siyahısını əmrlə təsdiq etsinlər və əmrin surətini Nazirliyə təqdim etsinlər.
4.6. Məcburi köçkün rayonların təhsil şöbələri (E.Şükürova, Z.İbrahimov, M.Bağırov, H.Tahirov, Ş.Xəlilov, V.Həsənova, M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev) ərazilər üzrə I sinif müəllimlərinin təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər.
4.7. Təlim kurslarının yekunlarına dair müəllimlərin adlı siyahısı əlavə olunmuş geniş hesabatı və üzürlü səbəbdən təlimdə iştirak etməyən, yeni işə qəbul edilmiş I sinifdə işləyəcək müəllimlərin siyahısını 2010-cu il sentyabrın 5-dək Təhsil Nazirliyinə təqdim etsinlər.
5. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi (Ə.Abbasov) Naxçıvan MR-nın ümumtəhsil məktəblərində 2010-cu dərs ilində birinci siniflərdə işləyəcək ibtidai sinif müəllimləri üçün təşkil ediləcək təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və məşğələ aparan müəllimlərə əməli köməklik göstərmək, kursların keçirilməsinə nəzarəti yerinə yetirmək üçün müvafiq əməkdaşların Naxçıvan MR-ə ezam olunmasını nəzərdə tutsun.
6. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov) təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və təlimçi müəllimlərə əməli köməklik göstərmək, kursların keçirilməsinə nəzarəti yerinə yetirmək üçün müvafiq əməkdaşların rayon və şəhərlərə ezam olunmasını nəzərdə tutsunlar.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, təlim kurslarının kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə milli koordinator İ.İsgəndərova həvalə olunsun.
Əsas: Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş İcra Planı
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
30 aprel 2010-cu il,
Azərbaycan Respublikasının
təhsil naziri
30 aprel 2010-cu il,
№ 505
Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi
PROQRAMI
| № | MÖVZU | SAAT | GÜN | MƏŞĞƏLƏNİN SONUNDA GÖZLƏNİLƏN NƏTİCƏ | TRENİNQ RESURSLARI |
| 1. | Fənn kurikulumlarının strukturu və məzmunu | 6 | 1 | ||
| 1.1. |
Kurikulum islahatını zəruri edən səbəblər. Milli Kurikulumun əsas xüsusiyyətləri: kurikulum konseptual sənəd kimi.
|
1 | 1 |
Kurikulum islahatını zəruri edən səbəbləri izah edir. “Kurikulum” anlayışı və Milli Kurikulum sənədinin əsas xüsusiyyətlərini anladığını nümayiş etdirir. |
http://www.kurikulum.az/files/1_1.ppt |
| 1.2. | Yeni fənn kurikulumlarının ənənəvi təlim proqramlarından fərqi | 1 | 1 | Yeni fənn kurikulumlarını ənənəvi təlim proqramlarından fərqləndirir | http://www.kurikulum.az/files/1_2.ppt |
| 1.3. | Fənn kurikulumun strukturu. | 1 | 1 | Fənn kurikulumlarının strukturunun məntiqini izah edir. | http://www.kurikulum.az/files/1_3.ppt |
| 1.4. | Fənn kurikulumunun məzmunu | 1 | 1 | Fənn kurikulumunun məqsəd və məzmununu ənənəvi proqramların məqsəd və məzmunu ilə müqayisəli təhlil edir. | |
| 1.5. | Məzmun standartlarının komponentləri və onların praktiki əhəmiyyəti: biliyin kateqoriyaları və fəaliyyətin növləri (taksonomiyalar) | 1 | 1 | Məzmun standartını bilik və fəaliyyət komponentlərinə ayırır, təhlil edir. Standartda nail olunması tələb edilən bilik və ya bacarığın səviyyəsini taksonomiyaların mərhələlərinə əsasən müəyyənləşdirir. | http://www.kurikulum.az/files/1_5.ppt |
| 1.6. | Təlim məqsədlərinin müəyyən edilməsi | 1 | 1 | Standartın reallaşdırılmasına xidmət edən təlim məqsədini verilmiş mövzu baxımından müəyyən edir. | http://www.kurikulum.az/files/1_6.ppt |
| 2. | Müasir kurikulumlar və yeni təlim strategiyaları | 14 | 2-3-4 | ||
| 2.1. | Təlimin təşkilinə verilən əsas tələblər | 1 | 2 | Təlimin təşkilinə verilən əsas tələblərdən irəli gələn vəzifə və məsuliyyətləri şərh edir. | http://www.kurikulum.az/files/2_1.ppt |
| 2.2. | İllik planlaşdırma | 1 | 2 | Sinfin səviyyəsinə uyğun illik planlaşma aparır və ya mövcud planlaşmanı sinfin səviyyəsinə uyğunlaşdırır. | |
| 2.3. | Fəal təlimin xüsusiyyətləri və mexanizmləri | 1 | 2 | Fəal təlimin xüsusiyyətləri və mexanizmlərini fəal dərsin təhlili zamanı müəyyən edir. | Nümunəvi məşğələ icmalı |
| 2.4. | Fəal (interaktiv) təlimin quruluşu | 1 | 2 | Fəal və ənənəvi dərsin quruluşu arasında fərqini şərh edir. Fəal dərsin hər mərhələsinin nəticəsini izah edir. | Nümunəvi məşğələ icmalı |
| 2.5. | Motivasiyanın yaradılması yolları | 2 | 2 | Motivasiyanı məqsədəuyğun olaraq müxtəlif yollarla qurur, tədqiqat sualını qısa və dəqiq ifadə edir. | Nümunəvi məşğələ icmalı |
| 2.6. | Fəal (interaktiv) təlim üsulları | 2 | 3 | İnteraktiv üsulları təsnif edir və məqsədəuyğun olaraq seçir. | Nümunəvi məşğələ icmalıwww.kurikulum.az/files/2_6.ppt |
| 2.7. | Müxtəlif iş formalarda dərsin təşkili | 1 | 3 | Dərsdə müxtəlif iş formaları məqsədəuyğun olaraq seçir. Kiçik qruplarda müəllimin və şagirdin vəzifələrini şərh edir. | |
| 2.8. | Fəal dərs üçün tapşırıqların və iş vərəqlərinin hazırlanması | 1 | 3 | Təlim məqsədlərinə uyğun olaraq tapşırıqları və onlara müvafiq iş vərəqlərini hazırlayır. | Nümunəvi məşğələ icmalı |
| 2.9. | Fəal dərsin yekunlaşdırıcı mərhələləri | 1 | 3 | Fəal dərsin yekunlaşdırıcı mərhələlərin təşkilində vacib olan tələbləri izah edir. | Nümunəvi məşğələ icmalı |
| 2.10. | Müəllimin bələdçilik mövgeyinin həyata keçirilməsi qaydaları | 1 | 3 | Müəllimin bələdçilik mövgeyinin həyata keçirilməsi qaydalarını tətbiq edir. | Nümunəvi məşğələ icmalı |
| 2.11. | Cari planlaşdırma | 2 | 4 | Fəal təlim prinsiplərinə əsaslanaraq əvvəlki dərsdə müəyyən edilmiş təlim məqsədinə nail olmaq üçün məqsədəmüvafiq forma və üsulları, təlim tapşırıqlarını müəyyənləşdirir. gündəlik dərs planını (bir hissəsini) tərtib edir. | |
| 3. | Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi | 5 | 4-5 | ||
| 3.1. | Müasir qiymətləndirmə siyasətinin mahiyyəti və onun ənənəvi qiymətləndirmədən fərqli cəhətləri | 1 | 4 | Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmədən fərqini şərh edir. | www.kurikulum.az/files/3_1.ppt |
| 3.2. | Müasir qiymətləndirmənin əsas xüsusiyyətləri, növləri və üsulları. | 1 | 4 | Əsas qiymətləndirmə növlərinin: diaqnostik, formativ (holistik və analitik qiymətləndirmə) və summativ tətbiqi metodikasına yiyələndiyini nümayiş etdirir. | www.kurikulum.az/files/3_2.ppt |
| 3.3. | Qiymətləndirmə standartları və onların səviyyələri | 1 | 4 | Qiymətləndirmə standartlarının mahiyyətini nümunələrlə şərh edir. Summativ qiymətləndirmənin aparılmasında qiymətləndirmə standartlarından istifadənin yollarını bildiyini nümayiş etdirir. | www.kurikulum.az/files/3_3.ppt |
| 3.4. | Təlimin məqsədinə müvafiq qiymətləndirmə meyarlarının müəyyən edilməsi | 1 | 4 | Əvvəlki dərslərdə tərtib etdiyi natamam gündəlik dərs planı üzrə təlimin məqsədinə uyğun qiymətləndirmə meyarları müəyyən edir. Müvafiq qiymətləndirmə vasitələri seçir və ya hazırlayır. | |
| 3.5. | Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin qaydaları | 1 | 5 | Araşdırdığı qiymətləndirmə qaydaları haqqında məlumat verir. | |
| 4. | Yeni dərsliklərlə və əlavə resurslarla işin xüsusiyyətləri | 3 | 5 | ||
| 4.1. | Yeni dərslik komplektlərin əsas tərkib hissələri | 1 | 5 | Dərslik komplektinin tərkib hissələrini tanıyır, onların təyinatını şərh edir. | www.kurikulum.az/files/4_1.ppt |
| 4.2. | Yeni dərsliklər və kurikulum arasında əlaqə. Yeni dərslik komplektləri ilə işin xüsusiyyətləri. | 1 | 5 | Dərsliklə kurikulumun əlaqəsini araşdırır və nəticələr haqqında məlumat verir. | www.kurikulum.az/files/4_2_.ppt |
| 4.3. | Əlavə resurslardan istifadə imkanları | 1 | 5 | Dərsliklə yanaşı əlavə resurslardan istifadənin əhəmiyyətini izah edir və onun zəruriliyini əsaslandırır. | www.kurikulum.az/files/4_3.ppt |
| 5. | Nümunəvi dərs məşğələlərinin təşkili | 6 | 5-6 | ||
| 5.1. | Dərsin hazırlanması | 2 | 5 | Dərsi planlaşdırır və zəruri təlim materiallarını hazırlayır. (İşin təkmilləşdirilməsi və tamamlama işlərinin aparılması üçün evə tapşırıqlar verilir.) | |
| 5.2. | Qiymətləndirmə vasitələrinin hazırlanması | 1 | 6 | Qiymətləndirmə meyar və vasitələrini tərtib edir. (İşin təkmilləşdirilməsi və tamamlama işlərinin aparılması üçün evə tapşırıqlar verilir.) | |
| 5.3. | Nümunəvi dərs məşğələlərinin nümayişi | 3 | 6 | Nümunəvi dərs nümayiş etdirir. | |
| 6. | Təlim kursunun nəticələrinin qiymətləndirilməsi ilə əlaqədar sorğuların keçirilməsi və ümumiləşdirilməsi | 2 | 6 | Hazırlanmış qiymətləndirmə vasitəsinə əsasən qiymətləndirmə aparılır. | |
| C Ə M İ : | 36 | ||||