SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq
əmr edİrəm:
1. Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.4. Vakansiyalara yerləşdirilmə zamanı namizədlərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə topladığı daha yüksək bal əsas götürülür.”;
1.2. 5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.5. Müsabiqənin test imtahanı mərhələsində toplanmış keçid balı 2 (iki) tədris ili müddətində qüvvədədir və namizədə növbəti tədris ili üçün keçirilən müsabiqədə test imtahanı vermədən vakant yerlərin seçimi mərhələsində iştirak etmək hüququ verir. Keçid balı toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqənin test imtahanı mərhələsində iştirak etdikdə, vakant yerlərə yerləşdirilmə zamanı onların topladığı daha yüksək bal əsas götürülür.”.
2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin yerli təhsili idarəetmə orqanlarına göndərilməsini və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə olunsun.
Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 iyul 2019-cu il
F-465