• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "Fəaliyyət Planı"nın 5-ci və 17-ci bəndlərinin icrasını təmin etmək məqsədilə           
                                                          
ƏMR EDİRƏM:
 
1. 2010-cu ildə təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "Təhsildə İnternet  texnologiyaları" və "Müasir məktəbdə elektron resursları" istiqamətləri üzrə "Elektron təhsil" Respublika müsabiqəsi keçirilsin.
2. "Elektron təhsil" Respublika müsabiqəsinin əsasnaməsi, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər Heyətinin tərkibi təsdiq edilsin. (1, 2, 3 saylı əlavələr).
3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə müddətini, mərhələlərinin müəyyən edilməsini  və əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin lazımi səviyyədə həyata keçirilməsini təmin etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə tapşırılsın (S.Məmmədov):
4.1.  Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında və lazımi səviyyədə həyata  keçirilməsini təmin etsin.
4.2. ən yaxşı layihələr haqqında geniş məlumatların Təhsil portalında yerləşdirilməsini təmin etsin.
5. "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi üçün xərclər smetası təsdiq edilsin və əmrə əlavə olunsun.
6. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) müsabiqənin bütün mərhələlərinin gedişinin videolentə alınmasını, əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.    
 
Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
14 aprel 2010-cu il