• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edirəm:

 

1. Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı 2019-cu il   3-4 dekabr tarixlərində Azərbaycan İnşaat və Memarlıq Universitetində keçirilsin, konfrans böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilsin. 

2.Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1və 2).

3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2019-cu il 10 oktyabr tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan İnşaat və Memarlıq Universitetinin rektoru (G.Məmmədova) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.

5. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.

6.Maliyyə şöbəsi (R.Orucov) təqdim olunan təsdiqedici sənədlər əsasında konfransın  keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.

7.İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini,  “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını,  çoxaldılıb  ali  təhsil  müəssisələrinə   göndərilməsini  təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.

Əsas: Aparat rəhbərinin müavini  Yaqub Piriyevin  təqdimatı.

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

5 iyul 2019-cu il

F-418