• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali, orta ixtisas təhsili müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 20 dekabr 2019-cu il tarixinədək Təhsil Nazirliyinin aparatına hesabat təqdim etsinlər. 

3. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsini, onların icrasına nəzarəti, təhsil müəssisələrinə təşkilati köməklik göstərilməsini və daxil olmuş hesabatların ümumiləşdirilib rəhbərliyə təqdim olunmasını təmin etsinlər.

4. İnformasiya şöbəsi (Elnur Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, ali, orta ixtisas təhsili müəssisələrinə çatdırılmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

5.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 fevral 2019-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Tədbirlər Planı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

10 aprel 2019-cu il

F-175