• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Oxu günü” tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uzun əsrlərdən bəri dünyada baş verən elmi-texniki və mədəni inkişafın daşıyıcısı olmaqla milli və ümumbəşəri sərvətə çevrilmiş kitaba xüsusi rəğbət və məhəbbətlə yanaşan, mütaliəni həyati tələbat kimi qəbul edən insanlara cəmiyyətdə daim hörmət və ehtiram bəslənmiş, ictimaiyyət arasında onlar yüksək savada və intellektə malik şəxslər hesab olunmuşlar.

Təsadüfi deyil ki, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.

Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılayan, insanları mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbir ictimai-sosial həyatda əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

Bununla əlaqədar şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyinin müvafiq əmr və təlimati göstərişləri əsasında yerlərdə ümumtəhsil məktəb şagirdlərinin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniy¬yətinin yaradılması istiqamətində davamlı tədbirlər, o cümlədən mütaliə aylıqları, ədəbi-bədii gecələr, həmçinin ölkə miqyasında “Ədəbiyyat biliciləri” müsabiqəsi təşkil olunur. Son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” tədbirinin keçirilməsi də artıq ictimai maraq doğuran ənənə halını almışdır.

Qeyd olunanlara əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu sahədə müsbət təcrübəsini nəzərə alaraq, “Oxu günü” tədbirinin miqyasını genişləndirmək və kütləvi xarakter daşımasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM

 

1. Hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilsin.

2. “Oxu günü” çərçivəsində nəzərdə tutulan nümunəvi tədbirləri əhatə edən tövsiyələr icra və rəhbərlik üçün yerlərə göndərilsin (əlavə edilir).

3. Yerli təhsili idarəetmə orqanları müəyyən edilmiş tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər və görülmüş işlər barədə mayın 15-dək Nazirliyə məlumat göndərsinlər.

4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini və yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

4 mart 2019-cu il

F-103


 

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə bağlı tədbirlərin həyata keçirilməsi barədə tövsiyələr