SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Elmi-tədqiqat işlərinin aparılmasında doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların elmi nailiyyətlərini müzakirə etmək və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. 2010-cu ilin dekabr ayında Bakı Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransı keçirilsin.
2. Konfransın keçirilməsi məqsədilə Təşkilat komitəsi yaradılsın (əlavə1) və bölmə rəhbərlərinin tərkibi təsdiq edilsin (əlavə 2).
3. Təşkilat komitəsinə tapşırılsın:
3.1. Məruzələrin tezisləri 5 oktyabr 2010-cu ilədək toplanıb Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim edilsin.
3.2. Konfransın yüksək səviyyədə keçirilməsi təmin edilsin.
4. Konfransın proqramının 20 noyabr 2010-cu il tarixədək hazırlanması Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın.
5. Konfransın proqramının və məruzə tezislərinin nəşri Bakı Dövlət Universitetinin rektoruna (A.Məhərrəmov) tapşırılsın.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə əmrin çoxaldılmasını və yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.
ƏSAS: Elm şöbəsinin iş planı.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
10 mart 2010-cu il
№ 288
Əlavə