• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ali məktəb tələbələrinin ХV Respublika fənn olimpiadasının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

Azəbaycan Respublikası                               Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
                Təhsil Nazirliyi                                                       İttifaqı Respublika Komitəsi
 

Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

QƏRARA ALIR: 

1. Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə) 2010-cu ilin aprel-may ayında keçirilsin.

2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) və fənlər üzrə Münsiflər heyəti (əlavə 2) yaradılsın.

3. Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli, 675 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəb tələbələrinin Respublika fənn olimpiadası haqqında Əsasnamə”yə uyğun keçirilsin. 

4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:

4.1. Təhsil Nazirliyi:

- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;

- Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.

4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:

1-ci yer (11 nəfər) üçün 300 manat

2-ci yer (22 nəfər) üçün 150 manat

3-cü yer (33 nəfər) üçün 100 manat;

- Münsiflər heyətinin sədrlərinə (11 nəfər) 200 manat məbləğində pul mükafatının ayrılmasını.

5. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

6. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynazdə) qərarın “Azərbaycan müəllimi”, “Təhsil işçisi” qəzetlərində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.

7. Qərarın icrasına nəzarət nazir müavini İ.Hüseynovaya və sədr müavini Ş.Əsgərova həvalə olunsun.

                                                                                 
                                                                                                                                  
                                                                                                                                                
Azəbaycan Respublikasının 
təhsil naziri: 
Misir Mərdanov 
Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev


31 mart 2010-cu il,
334