• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha dolğun çatdırmaq, gənclərdə Heydər Əliyev dühası haqda daha geniş təsəvvür yaratmaq məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi təsdiq olunsun  (əlavə olunur).
3. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması üçün nazirliyin mərkəzləşdirilmiş tədbirləri üçün nəzərdə tutulmuş vəsait hesabına 840 (səkkiz yüz qırx) manat vəsait ayrılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və əsasnamənin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
5. Ümumi şöbə (H.Məhərrəmova) hədiyyələrin alınmasını, əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin. 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
1 mart 2010-cu il