SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tətbiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın təsdiq edilməsi barədə” 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDIRƏM:
1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı (əlavə olunur) rəhbərlik və icra üçün qəbul edilsin.
2. Ali təhsil müəssisələrinin rəhbərləri:
2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı işdə rəhbər tutsunlar;
2.2. “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın 1.12-ci bəndini nəzərə alaraq müvafiq vəzifələrin tutulması ilə bağlı elan olunmuş və əmr qüvvəyə minənə qədər proseduru başa çatmayan müsabiqələrin dayandırılmasını və bu Qaydalara uyğun həmin vəzifələrin tutulması ilə bağlı seçkilərin təşkil olunmasını təmin etsinlər.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmrinin 1-ci, 2-ci, 3-cü bəndləri və bu əmrlə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” qüvvədən düşmüş hesab edilsinlər.
4. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. İnformasiya şöbəsi (E.Məmmədov) Əmrin, Kollegiya qərarının və Qaydaların ali təhsil müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Əmr imzalandığı gündən qüvvəyə minir.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini
5 fevral 2018-ci il
№F-100