SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 2.2.1.-ci bəndinin icrası məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq;
ƏMR EDIRƏM:
1. İxtisaslaşma sahələrini nəzərə almaqla peşə təhsili müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiq edilsin (əlavə olunur).
2. Peşə Təhsili üzrə Dövlət Agentliyi (F.Mustafayev):
2.1. peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəricilərinin müəyyən olunması mexanizminin hazırlanmasını;
2.2. peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəricilərinin müəyyən olunması məqsədilə zəruri tədbirlərin (ezamiyyət və monitorinqlərin təşkili, sorğuların aparılması və digər) görülməsini;
2.3. peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəricilərinin vəziyyəti barədə illik hesabatların Nazirliyə təqdim edilməsini təmin etsin.
3. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin peşə təhsili müəssisələrinə göndərilməsini, nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru F.Mustafayevə həvalə olunsun.
Əsas: Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru F.Mustafayevin xidməti məlumatı.
Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini
26 dekabr 2017-ci il
№460
Əlavə:
Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri