• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycana və azərbaycanlılara qarşı ermənilərin tarix boyu törətdiyi soyqırımları, qəddarlıqları, qətliamları, düşmənçiliyi tanıtmaq, böyüməkdə olan uşaq və gənclərdə erməni terroruna, erməni millətçiliyinə barışmaz münasibət formalaşdırmaq məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali məktəblərin şagird və tələbələri arasında "Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.
 
 
3. Təhsil müəssisələrinin rəhbərləri, şəhər, rayon təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi təşkilati işlər görsünlər.
 
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) ən yaxşı rəsmlərin 30-31 mart 2010-cu il tarixlərində T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası" rəsm qalereyasında sərgisini təşkil etsin.
 
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması üçün 1680 (min altı yüz səksən) manat vəsait ayrılmasını təmin etsin.
 
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
 
7. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə qaliblərinə hədiyyələrin alınmasını, əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
 
8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
1 mart 2010-cu il