• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sinif rəhbəri haqqında əsasnamənin təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumtəhsil məktəblərində fəaliyət göstərən sinif rəhbərlərinin işinin müasir tələblərə uyğun təşkili, yeni təlim-tərbiyə metodlarının ümumtəhsil məktəblərində tətbiqinin səmərəliliyini artırmaq məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Sinif rəhbəri haqqında əsasnamə təsdiq edilsin (əlavə olunur ).
2. Naxçıvan MR Təhsil naziri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə şəhər     Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirləri sinif rəhbərlərinin fəaliyyətlərinin bu əsasnaməyə uyğun qurulmasını təmin etsinlər.
3. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov),Şəhər və Kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov və A.Əhmədov) əmrin icrası ilə bağlı məktəb rəhbərlərinə əməli köməklik göstərsinlər.
4. Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun. 

Misir Mərdanov
Təhsil naziri
05 mart 2009-ci il tarixli,
əmr № 270