SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın yeni redaksiyada təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər tutsunlar.
3. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) və İnformasiya şöbəsi (E.Əliyev) bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Əmrin ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi və nazirliyin internet səhifəsində yerləşdirilməsi İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 iyul 2017-ci il
№212
Əlavə: