• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Fənn olimpiadalarının yekun turunun mütəşəkkil keçirilməsi məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Fənn olimpiadalarının yekun turu 17-18 mart 2010-cu il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart  2010-cu il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında - V.Xuluflu küçəsi, 39, tel.: 566-65-41
- riyaziyyat, fizika və informatika fənləri üzrə fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci kvartal, tel.: 510-76-28
- kimya və biologiya fənləri üzrə kimya-biologiya təmayüllü liseydə - 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel.: 423-78-42.
3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən  iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 18 mart 2010-cu il tarixdə keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 10 gün  müddətinə təsdiqə təqdim etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
                                              
Misir Mərdanov,
Təhsil naziri 
22 fevral 2010-cu il