• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2010-cu il üçün birgə tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

Azəbaycan Respublikası                               Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
                Təhsil Nazirliyi                                                       İttifaqı Respublika Komitəsi
 

Son illərdə ölkəmizdə təhsil islahatlarının geniş vüsət alması, təhsilin inkişafı, intellektual potensialın möhkəmləndirilməsi, müəllim şərəfinin və əməyinin uca tutulması istiqamətində böyük miqyasda işlər həyata keçirilir. Bu sahədə Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə fəaliyyətlərinin önəmli xarakter daşıdığını nəzərə alaraq

 

QƏRARA ALIRIQ:

 

1. "2010-cu il üçün birgə tədbirlər planı" təsdiq olunsun (əlavə olunur).

2. Tədbirlər planının icrası ilə bağlı məsul şəxslər qarşılıqlı razılaşma əsasında birgə qərarların hazırlanmasını və həyata keçirilməsini təmin etsinlər.

3. Qərar və tədbirlər planı "Azərbaycan müəllimi" və "Təhsil işçisi" qəzetlərində dərc olunsun.

4. Tədbirlər planının icrasına nəzarəti öz üzərimizə götürürük. 

                                                                                
                                                                                                                                  
                                                                                                                                                
Azəbaycan Respublikasının 
təhsil naziri: 
Misir Mərdanov 
Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev

18 yanvar 2010-cu il,
46