• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 1996-CI İL 23 AVQUST TARİXLİ, 116 NÖMRƏLİ QƏRARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
 
"Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Peşə məktəbi və peşə liseyi statusu   verilən tədris müəssisələrinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Peşə liseyləri" bölməsinin  "Bakı şəhəri üzrə" hissəsinin on səkkizinci abzasından "qız" sözü çıxarılsın;
1.2. "Peşə məktəbləri" bölməsinin  "Bakı şəhəri üzrə" hissəsinin on birinci və on dördüncü abzasından "qız" sözü çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
         
A.Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
 Bakı şəhəri,  21 dekabr  2009-cu il
№194

 
             
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2009-cu il tarixli, 194 N-li qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. 15 N-li Bakı peşə liseyinin direktoru (R. Qurbanova), 10 və 13 N-li Bakı peşə məktəblərinin direktorlarına  (X.Hacıyeva, S.Səlimzadə) tapşırılsın:
2.1. Peşə təhsili müəssisələrinin möhür və künc ştampının nazirliyin Xüsusi sənədlərlə iş şöbəsinə təhvil verilməsini təmin etsinlər;
2.2. Müvafiq qanunvericiliyə əsasən, yeni möhür və künc ştampının hazırlanmasını, 2010-cu ilin fevral ayının 15-nə kimi peşə liseyinin və peşə məktəblərinin Nizamnaməsində və rekvizitlərində müvafiq dəyişikliklərin edilməsini və  görülən işlər barədə fevral ayının 20-nə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat verilməsini  təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsinin müdirinə (B.Hüseynzadə) tapşırılsın:
3.1. Əmrin "Azərbaycan müəllimi"  qəzetində və "Sənətkar" jurnalında çap edilməsini təmin etsin.
4.  Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.İsgəndərova həvalə edilsin.
 
Misir Mərdanov,
Təhsil naziri 
18 yanvar 2010-cu il