SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-cu ildə uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli kömək göstərsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin keçirilməsi ilə əlaqədar tələb olunan xərclərin nazirliyin mərkəzləşdirilmiş vəsaitlərinin xərclər smetasından ödənilməsini təmin etsin və bu vəsaitin xərclənməsi üçün xərclər smetasını hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim etsin.
6. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri tərəfindən ödənilsin.
7. Zonalar üzrə müsabiqənin təşkili və keçirilməsinə əməli kömək göstərilməsi məqsədilə yerlərə ezam olunacaq əməkdaşların ezamiyyə xərcləri müsabiqənin xərclər smetası əsasında ödənilsin.
8. ümumi şöbə (İ.Mirzəyev) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.
10. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Təhsil naziri
28 yanvar 2010-cu il