SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil müəssisələrinin texniki pasportlarının hazırlanması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3-ci maddəsini, “Azərbaycan Respublikası dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.2-ci bəndini və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın.
İşçi qrupunun rəhbəri:
• Abdulla Tağıyev - Nazirin müşaviri
İşçi qrupunun üzvləri:
• Rasim Hüseynov Hüquq şöbəsinin müdir müavini
• Mürşüd Rəşidov Audit şöbəsinin sektor müdiri
• Rövşən Ağayev Daxili nəzarət şöbəsinin baş məsləhətçisi
• Sənəm Musayeva Maliyyə şöbəsinin aparıcı məsləhətçisi
• Rəşid Неydərov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
Daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirmənin təşkili şöbəsinin müdiri
2. İşçi qrupuna tapşırılsın:
2.1. təhsil işçilərinə dövlət əmlakının qorunması sahəsində maarifləndirmə işinin aparılması ilə bağlı treninq-müşavirələrin keçirilməsini təmin etsin;
2.2. Nazirliyin struktur bölmə rəhbərləri ilə birlikdə ayrı-ayrı bölgələr üzrə mövcud vəziyyət barəsində məlumatlar toplasın;
2.3. Təhsil müəssisələrində daşınmaz əmlakın üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin alınması və bərpa edilməsi ilə bağlı mövcud qaydalara əsasən tələb olunan vəsaitin məbləğini müəyyənləşdirsin;
2.4. aparılan işlərin nəticəsi barədə mütəmadi olaraq rəhbərliyə məlumat təqdim etsin.
3. Nazirliyin struktur bölmə və tabeliyində olan müəssisə, idarə, təşkilat rəhbərlərinə tapşırılsın:
3.1. işçi qrupu ilə əlaqəli fəaliyyət göstərsinlər;
3.2. işçi qrupunun iclaslarında nümayəndələrinin iştirakını təmin etsinlər;
3.3. işçi qrupuna tələb olunan məlumatları təqdim etsinlər;
3.4. ayrılmış maliyyə vəsaitləri çərçivəsində daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpasını və ya yenidən alınmasını təmin etsinlər.
4. İşçi qrupuna verilmiş tapşırıqların icrası üçün Nazirliyin struktur bölmə və tabeliyində olan müəssisə, idarə və təşkilatların əməkdaşlarını öz işinə cəlb etmək səlahiyyəti verilsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin yerli təhsil idarəetmə orqanlarına göndərilməsini və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini M.Eynullayevə həvalə olunsun.
Əsas: Nazirin müşaviri A.Tağıyevin müvafiq dərkənarlı təqdimatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 may 2017-ci il
№27