• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı 2017-cı ilin   24-25 oktyabr tarixlərində  Bakı Dövlət Universitetində keçirilsin.

2. Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1və 2).

3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2017-cı il 12 may  tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.

4. Bakı Dövlət Universitetinin rektoru ( A.Məhərrəmov) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.

5. Elm, ali və orta ixtisas təhsil  şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.

6.İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini,  “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını,  çoxaldılıb  ali  təhsil  müəssisələrinə   göndərilməsini  təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

Əsas: Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin  təqdimat və şöbənin fəaliyyət planı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

9 fevral 2017-ci il

№91


Əlavə:

 

Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının Təşkilat komitəsi

Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının keçirilməsi  haqqında Əsasnamə