-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
PORTAL.EDU.AZMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir. -
Ümumi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Məktəbdənkənar təhsil
Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Sənədlər
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Çıxışlar
-
Hesabatlar
İllərə dair hesabatlar. -
Atributlar
Atributların istifadəsinə dair təlimatlar.
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Virtual məktəb
-
Ehtiyat dərslik
-
İcma əsaslı məktəbəqədər təhsilin inkişafı
-
Xüsusi istedadlı siniflər
-
Peşə Təmayüllü Siniflərin Təşkili
-
Study in Azerbaijan
-
"Bir" Tələbə-Könüllü proqramı
-
Rəqəmsal bacarıqlar
-
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Ulu Öndərin anadan olmasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“2016-cı ilin Azərbaycan Respublikasıda “Multikulturalizm ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli 1673 nömrəli Sərəncamının 26-cı bəndinin icrasını təmin etmək məqsədi ilə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq konfrans 2016-cı ilin 3-5 may tarixlərində Bakı Slavyan Universitetində keçirilsin.
2. Konfransın Təşkilat komitəsi təsdiq edilsin (əlavə olunur).
3. Bakı Slavyan Universitetinin rektoru (A.Hacıyev):
3.1. Konfransın yüksək səviyyədə keçirilməsi üçün təşkilati məsələləri həll etsin.
3.2. Konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin aidiyyəti müəssisə və struktur bölmələrinə göndərilməsini, İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, habelə keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.
5. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 aprel 2016-cı il
№227
Əlavə: