• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli, 1279 nömrəli əmrinə uyğun olaraq, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək və mütaliəyə meyil və maraqlarını gücləndirmək üçün onların arasında sağlam rəqabət yaradılmasına nail olmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 2015-2016-cı dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilsin.
2. “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq olunsun (1 nömrəli əlavə).
3. “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
4. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki, bu əmrin məzmun və mahiyyəti ilə əlaqədar ümumtəhsil məktəblərinin pedoqoji kollektivlərində, şagird və valideynlər arasında ətraflı izahat işləri aparılmasını, müsabiqənin müəyyən edilmiş qaydalara tam uyğun keçirilməsini, həmin məsələnin yerli KİV-lərdə işıqlandırılması üçün lazımi tədbirlər görülməsini təmin etsinlər.
5.  İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.               
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri
1 may 2015-ci il  
№ 535

 
Əlavə: