• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Cəmşid Naxçivanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Cəmşid Naxçivanskinin 120 illik yubileyinin keçirilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Cəmşid Naxçivanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, orta ixtisas və ümumi təhsil müəssisələrinin rəhbərləri:
2.1.Cəmşid Naxçivanskinin 120 illik yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər. 
2.2. Görülmüş işlər barədə 15 dekabr 2015-ci ilədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.
 
 Əsas: Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli Sərəncamı.
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
24 aprel 2015-ci il 
№461

  
Əlavə: