• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli Qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul olunsun.
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarından irəli gələn vəzifələrin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət planı” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi
təhsil müəssisələrinin, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, Fəaliyyət planının həyata keçirilməsi istiqamətində zəruri təşkilati-pedaqoji tədbirlər görsünlər, icra vəziyyəti barədə 2015-ci ilin may və noyabr aylarında Nazirliyə yazılı hesabat təqdim etsinlər.
4. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov), İlk peşə və orta ixtisas təhsili şöbəsi (S.Vəliyev), Elm və ali təhsil şöbəsi (G.Hüaseynova), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) Fəaliyyət planının yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlasınlar və yerli təhsili idarəetmə orqanlarına, təhsil müəssisələrinin rəhbərliyinə lazımi metodik köməklik göstərsinlər.
5. İnformasiya şöbəsi (E.Əliyev) Fəaliyyət planının icrası ilə bağlı görülən işlərin KİV-lərdə işıqlandırılmasını, bu əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun. 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
10 fevral 2015-ci il  
№153

 
Əlavə: