• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İlk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları və təsniflərin, milli rəqslərimizin şagird və tələbələr arasında təbliğ olunması, eyni zamanda bu istiqamətdə aparılan işlərin səmərəliliyinin artırılması, şagird və tələbələrin asudə vaxtlarının mənalı təşkili, xüsusi istedada malik gənclərin üzə çıxarılması, onlarda ifa mədəniyyətinin yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq  
 
ƏMR EDİRƏM:
    
1. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirlilməsini təmin etsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2015-ci il üçün fəaliyyət planı.  
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
3 fevral 2015-ci il 
№ 137

 
Əlavə: