SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim
DƏRSLİKLƏRİN HAZIRLANMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ TƏLİM MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimlərin təşkil olunmasından ibarətdir. Xidmətin icra müddəti: aprel-dekabr 2015-ci il Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: • Məsləhətçi təşkilat müvafiq sahədə təlim və seminarların keçirilməsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın əsas heyəti dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın dərsliklərin hazırlanması və qiymətləndirilməsi ilə əlaqəli layihələrin həyata keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək; • Məsləhətçi təşkilatın Azərbaycan dilində təlimlərin keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 02 mart 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: y.manafova@edu.gov.az Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
Yazılı və şifahi tərcümə xidmətləri
YAZILI VƏ ŞİFAHİ TƏRCÜMƏ XİDMƏTLƏRİ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi: Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə TSİİL çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etmək. Xidmətlərin icra müddəti: aprel 2015 - mart 2016 Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: • Tərcümə xidmətlərinin göstərilməsində geniş və uğurlu təcrübəsi olan nüfuzlu şirkət; • Əsas heyət tərcümə sahəsində ən azı 5 illik təcrübəyə malik olmalı; • Beynəlxalq qurumlarla təcrübəsi olan təşkilatlara üstünlük veriləcəkdir. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Ən Aşağı Dəyər əsasında seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 02 mart 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir: Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Layihənin Əlaqələndirmə Qrupu Əlaqələndirici şəxs: Yeganə Manafova AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.
08/07/2015 16:52
İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator
Tapşırığın adı: İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR SAHƏSİNDƏ İNSTİTUSİONAL İNKİŞAF ÜZRƏ KOORDİNATOR İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi İcra müddəti: aprel 2015 – mart 2016 Tapşırıq və Vəzifələr: • Təhsil Nazirliyinin icra qurumlarının, dövlət ali və orta ixtisas təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin institusional inkişafı ilə bağlı təkliflər planlarının hazırlanması; bununla əlaqəli fərdi və fokus qruplarla tələbatların öyrənilməsi məqsədilə müsahibələrin və təhlillərin aparılması; • Kadr potensialının gücləndirilməsinə xidmət edəcək təlimlərin, seminarların, brifinqlərin, dəyirmi masaların və diskussiyaların təşkili; • Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinə təlim planlarının inkişafında köməklik göstərilməsi; • İctimaiyyətlə əlaqələr sahəsinə aid layihələrin əlaqələndirilməsi; • Dövlət təhsil qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində uğurlu təcrübələrinə aid məqalələrin və analitik yazıların hazırlanması; • Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin vətəndaş birlikləri və sosial şəbəkələrlə iş, komandaların formalaşması, təşkilatı və ünsiyyət bacarıqları sahəsində peşəkarlıqlarının inkişafı; • Dövlət təhsil müəssisələrindəki ictimaiyyətlə əlaqələr mütəxəssisləri ilə birgə fəaliyyətin təşkili; • İctimaiyyətlə əlaqələrin institusional inkişafı sahəsində fəaliyyət göstərən peşəkarlar şəbəkələri ilə təcrübə mübadiləsi məqsədi ilə tərəfdaşlığın inkişafı. İxtisas tələbləri: • Jurnalistika, filologiya, idarəetmə və digər humanitar elmlər üzrə ali təhsili; • İctimaiyyətlə əlaqələr sahəsində ən azı 5 il iş təcrübəsi; • İnstitusional potensialın gücləndirilməsi sahəsində iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək; • Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilində isə orta səviyyədə dil bacarığı; • Kompüter bilikləri. Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər. Son təqdim edilmə tarixi: 02 mart 2015-ci il, saat 18:00-dək Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az
08/07/2015 16:52
2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə yerləşdirilməsi haqqında məlumat
2015-2016-ci tədris ili üçün SABAH qruplarına qəbul 6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə aparılır. Müsabiqə ilkin mərhələdə akademik göstəricilərin qiymətləndirilməsi, ikinci mərhələdə ingilis dili və məntiq üzrə test imtahanı və son mərhələdə müsahibə şəklində aparılacaqdır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsinin bakalavr pilləsində əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilərlər. Qeydiyyat mərhələsi 02.02.2015-ci il tarixindən başlamış və 15.03.2015-ci il tarixinə qədər davam edəcəkdir. Müraciət etmək istəyən tələbələrdən www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını müvafiq şəkildə doldurmaları tələb olunur. Tələbələr elektron ərizəyə daxil etdikləri məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana dəvət olunacaqdırlar. Müsabiqənin ikinci mərhələsi olan test imtahanının 2015-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuşdur. İmtahan nəticələri elan olunduqdan sonra nəticələri yüksək olan tələbələr müəyyən olunmuş komissiya heyətinin iştirakı ilə müsabiqəyə çağrılacaqlar. Qəbul qaydaları və müəyyən olunmuş ixtisaslar haqqında ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz.
08/07/2015 16:52
Makedoniya Respublikası Təhsil və Elm Nazirliyinin 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanını nəzərinizə çatdırırıq:
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilir.
Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. İstedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər fəaliyyət göstərir. Bununla yanaşı, gimnaziya və liseylərdə aşağıdakılar mövcuddur: • Kimya, fizika və biologiya laboratoriyalarında praktiki iş • Texniki avadanlıqlar ilə zəngin kabinetlər • Zəngin kitabxana • Müasir standarlara cavab verən yataqxana imkanları • Dövlət hesabına qidalanma • Açıq və qapalı idman meydançaları • Məktəbdənkənar tədbirlər • Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar Hal-hazırda VI, VII və VIII siniflərdə təhsil alan şagirdlər gimnaziya və liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Sənədlərin qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeyd olunan gimnaziya və liseylərdə aparılır. Bundan başqa, aşağıda adı çəkilən sənədlərin elektron şəkildə qəbulu e-qebul@edu.gov.az elektron poçtu vasitəsilə aparılır. Elektron sənəd göndərərkən mövzu yerində qəbul olmaq istədiyiniz məktəbin adını qeyd edin. Qəbul imtahanları 16 may 2015-ci il tarixlərində keçiriləcəkdir. Müraciət üçün son tarix: 8 may 2015-ci il Tələb olunan sənədlər: • Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti • 2 ədəd 3X4 ölçülü fotoşəkil Əlavə məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz: Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi: Yasamal rayonu, Əhməd Cəmil küçəsi 3 Əlaqə telefonu: (012) 510-76-28 Kimya-biologiya təmayüllü respublika liseyi: Nizami rayonu, 8-ci km. qəsəbəsi, Şirin Mirzəyev küç. 53 Əlaqə telefonu: (012) 323-77-95 A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası Xəzər rayonu, Şüvəlan (Şimali DRES) qəsəbəsi, Lev Starçuk kuc.1 Əlaqə telefonu: (012) 459-01-45
08/07/2015 16:52
Makedoniya Respublikası Dövlət Universitetlərində 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı
Makedoniya Respublikası Dövlət Universitetlərində 2015-2016-cı tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı nəzərinizə çatdırırıq: Ölkə: Makedoniya Respublikası Ali təhsil müəssisəsi: Makedoniya Respublikası Dövlət Universitetləri Təhsil səviyyəsi: bakalavriat Təhsil dili: makedon dili Yaş həddi: 28 yaşadək Qarşılanan xərclər: təhsil haqqı, viza, yaşayış, yemək və yol xərci Aylıq təqaüdün məbləği: 5.000 MKD (təxminən 82 avro) Kvota sayı: yoxdur Son müraciət tarixi: 31.07.2015 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi: www.stipendii.mon.gov.mk www.mon.gov.mk Əlaqə vasitələri: email: biljana.zafirovska@mon.gov.mk tel: +389 2 3227 761
08/07/2015 16:52
İngilis dili Müəllimlərinin Peşəkar İnkişafı və Sertifikasiyası Layihəsi
Layihə haqqında ümumi məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council,Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir. Layihə çərçivəsində seçiləcək ingilis dili müəllimlərinin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Layihənin bu mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək. Layihədə kim iştirak edə bilər? - Ümumtəhsil məktəblərin ingilis dili müəllimləri Layihəyə necə qoşulmaq olar? Layihədə iştirak etmək istəyənlər www.madad.net veb səhifəsinə daxil olub, “Sürətli keçid” başlığı altında “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” bölməsindəki ərizə formasını doldurmalıdırlar. Ərizə forması ya onlayn, ya da MS Word formatında doldurulub, 8 May 2015-cü il tarixindən gec olmayaraq enquiries@britishcouncil.az ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər növbəti seçim mərhələsinə dəvət olunacaqlar. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər layihənin iştirakçısı seçiləcək. İştirakçıların seçim meyarları Namizədlər aşağıdakı ümumi seçim meyarları üzrə qiymətləndiriləcəkdir: - Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları - İngilis dili fənni üzrə kurikulum biliyi - Müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə - İKT savadlılığı - İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar - Tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar - Layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi - Müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak Layihənin komponentləri Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları kimi aşağıdakı təlimlərə cəlb olunacaqlar: - Mədəd – Intel ® ”Gələcək üçün təhsil” təlimi - British Council Cambridge ESOL “Tədris Bilik və Bacarıqları” təlimi - Microsoft “Texnologiyalarla Tədris”təlimi Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2015-cü ilin İyun-Dekabr ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar. Əlavə məlumat üçün British Council Azərbaycan təşkilatına aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz: Ünvan: 90A Nizami Bakı AZ1010, Azərbaycan Telefon: +994 (12) 4971593 Veb səhifə: www.britishcouncil.az E-poçt: enquiries@britishcouncil.az Əlaqələndirici şəxslər:Natavan Nagiyeva
08/07/2015 16:52
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı