• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Belqrad Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə 2015-ci ilin 4-6 iyun tarixlərində Belqrad şəhərində “Tərcümə Mədəniyyətləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər: http://www.fil.bg.ac.rs/lang/sr/fakultet/naucni-skupovi-i-konferencije/

Budapeşt Diplomatiya Akademiyasının 2014-2015-ci tədris ilinin yaz semestri üçün Macarıstan İctimai Xidmətlər üzrə Milli Universitetinin İngilis Sertifikat Proqramı barədə elanı nəzərinizə çatdırırıq:

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)       Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ    Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   TSİİL-in məktəbəqədər təhsil kurikulumunun hazırlanmasında töhfəsi olmuşdur və 2013-cü ildə Azərbaycan Respublikasının pilot rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni kurikulum üzrə təlimlər keçirilmişdir. Məktəbəqədər təhsil kurikulumunun tətbiqi məqsədilə bütün dövlət məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün növbəti təlimlər 2015-ci ildə planlaşdırılır.  Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin və mentorluğun keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1. Müqavilə №4394AZ-QCBS-278: Abşeron iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq; 2. Müqavilə №4394AZ-QCBS-279: Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq; 3. Müqavilə №4394AZ-QCBS-280: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq; 4. Müqavilə №4394AZ-QCBS-281: Aran və Lənkəran iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim və mentorluq.     Təlimlər və mentorluq Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir.   Xidmətlərin icra müddəti: iyun 2015 - mart 2016   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; Müəllimlər üçün təlim kurslarının keçirilməsində iş təcrübəsi; Məktəbəqədər təhsil sahəsində layihələrin həyata keçirilməsində iş təcrübəsi.  Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 21 yanvar 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: 488 66 47/48; faks: 488 66 49 Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

Tenderlərin nəticələri barədə məlumat

   Layihənin adı: Azərbaycan Respublikası, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ   Müqavilənin təsviri: Məktəb icma qurumlarının pilot məktəblərdə təşkili   Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu   Qalib məsləhətçinin adı: Allianz Consult MMC   Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küç.1/3.   Müqavilə #:4394AZ-CQ-277   Müqavilənin imzalanma tarixi: 22 dekabr 2014   Müqavilənin məbləği: AZN 152,874.90 (ƏDV daxil)   Müqavilənin müddəti: 22 dekabr 2014 – 30 dekabr 2015   Müqavilənin təsviri: Milli Qiymətləndirmə Tədqiqatı MQT-2015 üçün sahə fəaliyyətinin həyata keçirilməsi   Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu   Qalib məsləhətçinin adı: ERA Research MMC   Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Naxçıvani küç.22, mən.49.   Müqavilə #:4394AZ-CQ-266 Müqavilənin imzalanma tarixi: 22 dekabr 2014   Müqavilənin məbləği: AZN 154,549.32 (ƏDV daxil)   Müqavilənin müddəti: 22 dekabr 2014 – 30 dekabr 2015

Gələcək uğurlu iş həyatı üçün məlumat əsaslı karyera planlaşdırılmasının vacibliyi haqqında videoçarxların hazırlanması

GƏLƏCƏK UĞURLU İŞ HƏYATI ÜÇÜN MƏLUMAT ƏSASLI KARYERA PLANLAŞDIRILMASININ VACİBLİYİ HAQQINDA VİDEOÇARXLARIN HAZIRLANMASI   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Gələcək uğurlu iş həyatı üçün məlumat əsaslı karyera planlaşdırılmasının vacibliyi haqqında 8 videoçarxın hazırlanması   Xidmətlərin icra müddəti: 5 ay   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi şirkətləri xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: · müraciət məktubu; · yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; · əsas heyət haqqında məlumat; · nizamnamə.   Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   · Media məhsulların çəkilişi sahəsində ən azı 2 illik təcrübə; · Analoji işlərin görülməsi üçün ixtisaslı daimi işçi heyətə malik olması; · Çəkiliş və montaj üçün maddi texniki baza.   Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 05 fevral 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Ümumtəhsil müəssisələrində strateji planlaşdirma üzrə milli məsləhətçi

   Tapşırığın adı:   ÜMUMTƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ STRATEJİ PLANLAŞDIRMA ÜZRƏ MİLLİ MƏSLƏHƏTÇİ İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL)   İcra müddəti: mart 2015 – mart 2016   Məkan:    Təhsil Nazirliyi, Bakı şəhəri   Tapşırıq və Vəzifələr: • Seçilmiş məktəblərin cari vəziyyətinin qiymətləndirilməsi və təhlil hesabatının hazırlanması; • Məktəbin öz fəaliyyətini strateji və çevik surətdə idarə etmək bacarıqlarının artırılması üzrə təlimlərin keçirilməsi; • Seçilmiş məktəblər üçün strateji planların hazırlanması; • Strateji planların icrası prosesində peşəkar dəstək/mentorluq xidmətinin təmin edilməsi; • Bu layihə ilə bağlı digər vəzifələrin Təhsil Nazirliyinin tələb etdiyi qaydada yerinə yetirilməsi.   İxtisas tələbləri: • Təhsil, idarəetmə və ya digər müvafiq sahədə elmi dərəcə; • Təhsil sahəsində, xüsusilə təhsilin idarə edilməsi sahəsində, müəssisənin inkişaf etdirilməsi, təhsilin əks-mərkəzləşdirilməsi, o cümlədən təşkilati mədəniyyətin yaradılması sahələrində üç (3) illik iş təcrübəsinin olması; • Təhsil sisteminin strateji planlaşdırma proseslərinin hazırlanması, təhsilin idarəolunması və əməliyyatlar üzrə müvafiq məktəb hesabatvermə sistemlərinin tətbiq edilməsi sahələrində təcrübəsi; • İnkişaf etməkdə olan bənzər ölkələrin təhsil və idarəetmə sistemləri üzrə biliyə və ya təcrübəyə malik olan namizədlərə üstünlük veriləcəkdir; • Azərbaycan və ingilis dillərində səlis şəkildə danışıq və yazı vərdişlərinin olması; • Kompüter proqramları ilə yüksək dərəcədə işləmək bacarığının olması.   Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər.   Son təqdim edilmə tarixi: 05 fevral 2015-ci il, 18:00   Əlaqə üçün məlumat:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az

Ruminiya Höküməti tərəfindən 2015-2016-cı tədris ili üçün elan etdiyi təqaüd proqramı haqqında elanı nəzərinizə çatdırırıq:

  Ölkə: Rumıniya       Universitetlər: keçiddə qeyd olunub   İxtisaslar: Siyasi və idarəçilik elmləri, təhsil sistemi sahəsi, Rumıniya mədəniyyəti və sivilizasiya, jurnalistika, qaz və neft sahəsi, texniki sahələr, kənd təsərrüfatı sahəsi, baytarlıq, memarlıq, incəsənət, musiqi                 Təhsil səviyyələri: bakalavr, magistratura, doktorantura Təhsil dili: Rumın dili Maliyyələşdirmə forması: Ödənişsiz Aylıq təqaüdlər:  bakalavr: 65 EURO magistratura: 75 EURO doktorantura: 85 EURO Yaş məhdudiyyəti: Yoxdur Kvota sayı: 85 Son müraciət tarixi: 15.03.2015 Müraciət forması: Bütün ərizə formaları Rumıniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinə və ya Azərbaycanın Buxarest şəhərindəki diplomatik nümayəndəliyi vasitəsilə Rumıniyanın Xarici İşlər Nazirliyinə təqdim edilməlidir.   İnternet səhifəsi: http://mae.ro/node/10251 Əlaqə vasitələri: tel:    +994 (12) 462 04 29   fax:   +994 (12) 440 77 00   email: rom_amb_baku@azdata.net

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.

Təqaüd proqramının qalibləri yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqdır. Təlim kursu 16 həftəlikdir (həftədə 2 dəfə 3 akademik saat hesabı ilə).   Təlim modulları: • Yaş fiziologiyası və psixologiyası - ənənəvi və yeni yanaşmalar • İbtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri • Pedaqoji ustalıq praktikumu (metodika və didaktika) • İKT savadlılığı. Təqaüd qazanmaq üçün müsabiqədə iştirak şərti:  • Hazırda IV sinifdə dərs deyən ali pedaqoji təhsilli müəllimlər müsabiqədə iştirak edə bilər. Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (Əlavə) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaqdır. Bu səbəbdən şəxsi elektron poçtunuzdan istifadə etməyiniz və poçtu mütəmadi yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 27 fevral 2015-сi il Seçim qaydaları: Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcəkdir. I mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərilən ərizə forması əsasında seçiləcəkdir. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcəkdir. Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəkdir. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaqdır.   Əlavə: Müraciət forması

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin hazırlanmasının (nəşrinin) satın alınması məqsədilə açıq tender (müsabiqə) elan edir.

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 7-8 aprel 2015-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransını keçirir.

Konfransın istiqamətləri: - Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər); - Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya, nəqliyyat); - Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);    Məruzə tezislərinin tərtib olunma qaydaları: - Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; - Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; - Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müıssisəsinin adı yazılır. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir: • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir. • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir. • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir. • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn, 2, səh.222). Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilır. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır. Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin doktorantura şöbələrinə təqdim olunmalıdır. Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 28 fevral 2015-ci il

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı