• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Satınalma müqaviləsinin bağlanması barədə bildiriş

Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blank, qovluq və qeydiyyat kitablarının çapı, seçilmiş  sənədlərin tikilməsi və cildlənməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “İlkin-Ko” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 27 fevral 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə   Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə təhsil sahəsində işləyən və ya gələcəkdə  bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil  sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.   Müsabiqədə iştirak üçün tələblər: -  Ali təhsil - Təhsil və ya idarəetmə sahəsində minimum 3 (üç) illik iş təcrübəsi - Bölgələrdə təhsil sahəsində çalışmaq istəyi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: - İKT-dən sərbəst istifadə bacarığı - Səmərəli qərar qəbuletmə bacarığı - Məntiqi düşüncə bacarığı - Liderlik bacarığı - Yüksək motivasiya - Nəticəyönümlülük - Təhsil qanunvericiliyi üzrə biliklər - Xarici dil biliklərinin olması arzuolunandır.   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar:   Qeyd:  https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit   Müraciət üçün son tarix: 28 mart 2019-cu il                Seçim qaydaları: I mərhələ:  https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit  linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin qiymətləndirilmə mərhələsinə cəlbi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.  

Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində içməli su üçün nəzərdə tutulan ehtiyat su təchizatı mənbələrinin (çənlərin, anbarların) dezinfeksiya işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 5 mart 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Açıq tenderdə iştirak üçün dəvət

Rumıniya 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Açıq tender elanı

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin birinci sinfinə və məktəbəhazırlıq qrupuna qəbulun elektron sistem əsasında həyata keçirilməsi ilə əlaqədar müraciət edən  vətəndaşlara  məlumatların  operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsi ilə məlumatlandırma xidmətinin göstərilməsinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Softline Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 fevral 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsi ilə daşınması xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 22  fevral 2019-cu il saat 17:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Koreya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir

Ölkə: Koreya Respublikası, Qlobal Koreya Təqaüd Proqramı Təhsil səviyyəsi: magistratura, doktorantura və tədqiqat Yaş həddi: 40 yaşadək Təqaüdün müddəti: magistratura təhsil səviyyəsi üçün 3 il, doktorantura təhsil səviyyəsi üçün 4 il, tədqiqat proqramı üçün 6 ay Qarşılanan xərclər: aylıq təqaüd (magistratura təhsil səviyyəsi üçün aylıq 900.000 KRW, doktorantura üçün 1,500,000 KRW) təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci. Dil bilikləri: ingilis (TOEFL və IELTS) və koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir. Son müraciət tarixi: 04.03.2019   Təqaüd proqramı haqqında ətraflı məlumat və tələb olunan sənədlər üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:   • http://www.studyinkorea.go.kr/ --> Scholarships-->GKS Notice • 2019 Korean Government Scholarship Program For Graduate Degrees Application GuidelinesApplication Form   Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidir.   Təqaüd proqramı ilə bağlı sualları Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin əməkdaşı xanım Li Hyunju-ya ünvanlaya bilərsiniz: Əlaqə vasitələri azeremb@mofa.go.kr  /012-596-79-01

Kotirovkalar sorğusunda iştirakla bağlı bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatında və tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan elektrotexniki avadanlıqlara texniki xidmətlərin göstərilməsinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə fevralın 15-də satınalma müqaviləsi bağlanıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı