SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir.
Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün tələblər:
- Ali təhsil
- Təhsil və ya idarəetmə sahəsində minimum 3 (üç) illik iş təcrübəsi
- Bölgələrdə təhsil sahəsində çalışmaq istəyi
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
- İKT-dən sərbəst istifadə bacarığı
- Səmərəli qərar qəbuletmə bacarığı
- Məntiqi düşüncə bacarığı
- Liderlik bacarığı
- Yüksək motivasiya
- Nəticəyönümlülük
- Təhsil qanunvericiliyi üzrə biliklər
- Xarici dil biliklərinin olması arzuolunandır.
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar:
Qeyd: https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit
Müraciət üçün son tarix: 28 mart 2019-cu il
Seçim qaydaları:
I mərhələ:
https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit linki vasitəsilə elektron qeydiyyatın aparılması;
II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin qiymətləndirilmə mərhələsinə cəlbi;
III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.