SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsini elan edir. IV qrant müsabiqəsi üçün aşağıdakı istiqamətlər üzrə layihələr qəbul edilir: 1) Ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi (mövzular: ümumi təhsil müəssisələrində sağlam həyat tərzini təbliğ edən tədbirlərin həyata keçirilməsi, şagirdlərin şəxsiyyət və ictimai fərd kimi formalaşmasına müsbət təsir göstərən sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması); 2) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (mövzular: istedadlı uşaqlar üçün tədris vəsaitlərinin hazırlanması və ya tərcümə olunması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssisələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin, xüsusi kursların və yay məktəblərinin təşkili); 3) Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (mövzular: öyrədici resursların və qiymətləndirmə vasitələrinin hazırlanması, TİMMS, PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi, məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi); 4) Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması (mövzular: ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiə edilməsinin təmin edilməsi, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsinin istiqamətləndirilməsi, şagirdlərdə müxtəlif sosial-emosional bacarıqların (özünü tanıma, özünü idarəetmə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, müsbət təsir, məqsədyönlülük, sosial şüur, ünsiyyət, məsuliyyətli qərar qəbul etmə, empatiya bacarıqları və s.) inkişaf etdirilməsi, şagirdlərin emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün əlverişli dialoq qurulması istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması); 5) Şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması (mövzular: şagirdlərin yerli səviyyədə problemlərin həllinə cəlb edilməsi, müvafiq metodiki vəsaitlərin hazırlanması, şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi); 6) Ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi (mövzular: metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi, pedaqoji işçilər üçün müxtəlif mövzularda metodiki tədbirlərin təşkili, regionlarda həmkardan həmkara dəstək formatında metodik xidmət sisteminin qurulması, məktəbdaxili metodik xidmət sisteminin təkmilləşdirilməsi); 7) Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətinin formalaşdırılması; (mövzular: innovativ təcrübələrin tətbiq edilməsi, ümumi təhsil müəssisələrində inklüzivliklə bağlı tədbirlərin keçirilməsi, şagirdlərin sosial fəaliyyətlərə cəlb edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi); 8) Təhsildə texnoloji yeniliklərin tətbiqi (mövzular: informasiya texnologiyalarının təhsildə rolunun artırılması, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) kurikulumlarının və robototexnikanın ümumi təhsil müəssisələrində tədrisinin tətbiq edilməsi, İKT imkanlarının tədrisin təkmilləşdirilməsinə şərait yaradan fəaliyyətlər, metodik vəsaitlərin hazırlanması); 9) Təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi (mövzular: təhsilalanların psixoloji vəziyyətinə, öyrənmə səviyyəsinə və təhsil fəaliyyətinə mənfi təsir göstərən halların araşdırılması, onların sosial-mənəvi problemlərinin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər (qanuni nümayəndələr) ilə təhsilverənlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması). Müsabiqədə iştirak qaydası: Müsabiqədə iştirak etmək istəyən www.grants.edu.az portalından qeydiyyatdan keçməli və müvafiq sənədləri elektron qaydada yazıb qeyd edilən tarixədək sistemə yükləməlidirlər. Layihələrin icra müddəti: Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin məbləği: Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), “Fərdi” kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır. Layihələrin təqdim olunmasına dair əsas tələblər: • Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. • Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müraciət edə bilərlər. • Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. • Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və texniki tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir. Müsabiqənin müddəti: Layihə təklifləri 2020-ci il mart ayının 2-dən başlayaraq qəbul edilir. Tələb olunan sənədlər elektron şəkildə doldurulmaqla 31 mart 2020-ci il saat 18:00-dan gec olmayaraq sistemə yüklənilməlidir. Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 Telefon: (012) 5991155/ 5421 Email: grants@edu.gov.az
28/02/2020 09:41
Açıq tender elanı
25/02/2020 09:25
Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir
Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura Yaş həddi: təvəllüdü 1 sentyabr 1980-ci ildən sonra olanlar Təqaüd müddəti: doktorantura (1+3 il), magistratura (1+2 il), tədqiqat lahiyəsi (6 ay/1 il) Kvota: 6 nəfər Maliyyələşmə: aylıq təqaüd,təhsil haqqı, dil kursu, yol xərci, yataqxana xərci, tibbi sığorta, tədqiqat xərcləri. Dil bilikləri: ingilis (TOEFL/ IELTS/ TOPIK) Müraciət forması: ərizə forması Son tarix: 13.03.2020 Təqaüd proqramı haqqında ətraflı məlumat üçün müvafiq keçiddən və qeyd olunan linkdən (http://www.niied.go.kr/user/nd35203.do) istifadə edə bilərsiniz: Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər: Əlaqə vasitələri: azeremb@mofa.go.kr / 994-12-596-7901, 994-12-596-7904
19/02/2020 09:59
Açıq tenderin keçirilməsi barədə elan
18/02/2020 09:32
Açıq tenderlərdə iştirak üçün dəvət
17/02/2020 15:20
Latviyada Təhsil - Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2020-2021
14/02/2020 09:25
2020-2021-ci tədris ili üçün növbəti təqaüd proqramı
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Təhsil səviyyəsi: magistratura Tədris dili: ingilis dili İxtisaslar: qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi, bağçılıq mühəndisliyi, heyvan qidası və yem təhlükəsizliyi. Universitetlər: Szent István University, Kaposvár University Təhsil müddəti: 2 il Maliyyələşmə: təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz. Son müraciət tarixi: 28.02.2020 Qeyd: yalnız 30 yaşadək namizədlər müraciət edə bilər. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.
13/02/2020 09:50
Daxili müsahibə elanı
Təhsil Nazirliyi aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə ELAN EDİR: • Təhsil Nazirliyi, İnsan resursları şöbəsi, şöbə müdirinin müavini Müsahibədə Təhsil Nazirliyində inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - ərizə; - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 6 fevral 2020-ci il tarixdən 20 fevral 2020-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər. Telefon: 012 5991155 (5407)
06/02/2020 10:39
Rusiya Federasiyasının 2020-2021-ci tədris ili üzrə “Study in Russia” təqaüd proqramı
Ölkə: Rusiya Federasiyası Tədris ili: 2020-2021 Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura (əlavə olaraq, 1 il dil hazırlığı) Maliyyələşmə: Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, təhsil səviyyəsindən asılı olaraq 2000-8000 rubl arası aylıq təqaüd verilir Yaş kriteriyası: Müraciət edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Kvota sayı: 210 Tədris dili: rus dili Son müraciət müddəti: 1 mart Müraciət səhifəsi: https://edu.rs.gov.ru/ Ətraflı məlumat üçün: http://aze.rs.gov.ru/ru/news/61777 http://edu.rs.gov.ru/files/en/FutureinRussia.pdf Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərilən qaydada həyata keçirilir.
28/01/2020 09:48
Türkiyə Respublikasının 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı
Ölkə: Türkiyə Tədris ili: 2020-2021 Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura (əlavə olaraq 1 il dil hazırlığı) Maliyyələşmə: təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, yataqxana, sığorta və yol xərclərini əhatə edir. Aylıq təqaüd: bakalavriat - 700 TL, magistratura - 950 TL, doktorantura - 1400 TL Tədris dili: Türk dili Yaş kriteriyası: Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır. Son müraciət tarixi: 20 fevral 2020-ci il Müraciət səhifəsi və tələb olunan sənədlər: https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərilən qaydada həyata keçirilir.
21/01/2020 15:16
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı