• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsini elan edir.

IV qrant müsabiqəsi üçün aşağıdakı istiqamətlər üzrə layihələr qəbul edilir:

1) Ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi (mövzular: ümumi təhsil müəssisələrində sağlam həyat tərzini təbliğ edən tədbirlərin həyata keçirilməsi, şagirdlərin şəxsiyyət və ictimai fərd kimi formalaşmasına müsbət təsir göstərən sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması);

2) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (mövzular: istedadlı uşaqlar üçün tədris vəsaitlərinin hazırlanması və ya tərcümə olunması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssisələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin, xüsusi kursların və yay məktəblərinin təşkili);

3) Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (mövzular: öyrədici resursların və qiymətləndirmə vasitələrinin hazırlanması, TİMMS, PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi, məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi);

4) Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması (mövzular: ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiə edilməsinin təmin edilməsi, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsinin istiqamətləndirilməsi, şagirdlərdə müxtəlif sosial-emosional bacarıqların (özünü tanıma, özünü idarəetmə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, müsbət təsir, məqsədyönlülük, sosial şüur, ünsiyyət, məsuliyyətli qərar qəbul etmə, empatiya bacarıqları və s.) inkişaf etdirilməsi, şagirdlərin emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün əlverişli dialoq qurulması istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması);

5) Şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması (mövzular: şagirdlərin yerli səviyyədə problemlərin həllinə cəlb edilməsi, müvafiq metodiki vəsaitlərin hazırlanması, şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi);

6) Ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi (mövzular: metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi, pedaqoji işçilər üçün müxtəlif mövzularda metodiki tədbirlərin təşkili, regionlarda həmkardan həmkara dəstək formatında metodik xidmət sisteminin qurulması, məktəbdaxili metodik xidmət sisteminin təkmilləşdirilməsi);

7) Ümumi təhsil müəssisələrində inklüziya  mədəniyyətinin  formalaşdırılması; (mövzular: innovativ təcrübələrin tətbiq edilməsi, ümumi təhsil müəssisələrində inklüzivliklə bağlı tədbirlərin keçirilməsi, şagirdlərin sosial fəaliyyətlərə cəlb edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi);

8) Təhsildə texnoloji yeniliklərin tətbiqi (mövzular: informasiya texnologiyalarının təhsildə rolunun artırılması, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) kurikulumlarının və robototexnikanın ümumi təhsil müəssisələrində tədrisinin tətbiq edilməsi, İKT imkanlarının tədrisin təkmilləşdirilməsinə şərait yaradan fəaliyyətlər, metodik vəsaitlərin hazırlanması);

9) Təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi (mövzular: təhsilalanların psixoloji vəziyyətinə, öyrənmə səviyyəsinə və təhsil fəaliyyətinə mənfi təsir göstərən halların araşdırılması, onların sosial-mənəvi problemlərinin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər (qanuni nümayəndələr) ilə təhsilverənlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması).

 

Müsabiqədə iştirak qaydası:

Müsabiqədə iştirak etmək istəyən www.grants.edu.az portalından qeydiyyatdan keçməli və müvafiq sənədləri elektron qaydada yazıb qeyd edilən tarixədək sistemə yükləməlidirlər. 

 

Layihələrin icra müddəti:  

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

 

Layihələrin məbləği:  

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), “Fərdi” kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.  

 

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

• Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.

• Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müraciət edə bilərlər.

• Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.

• Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və texniki tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir. 

 

Müsabiqənin müddəti:

Layihə təklifləri 2020-ci il mart ayının 2-dən başlayaraq qəbul edilir.

Tələb olunan sənədlər elektron şəkildə doldurulmaqla 31 mart 2020-ci il  saat 18:00-dan gec olmayaraq sistemə yüklənilməlidir.  

 

Əlaqə:

Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49

Telefon: (012) 5991155/ 5421      

Email: grants@edu.gov.az

 


4 il əvvəl