• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xüsusi istedadlı siniflər

İstedadlı şagirdlər üçün səmərəli təhsil şəraitinin yaradılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə istedadlı şagirdlər üçün xüsusi siniflər təşkil edilmişdir. 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəbdə olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilmişdir. 7-ci siniflər üzrə Riyaziyyat-informatika təmayüllü siniflər, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılmışdır.

2019-2020-ci tədris ilində xüsusi istedad sinifləri şəbəkəsi genişləndirilmiş, 47 rayon, 82 məktəb üzrə 102 xüsusi sinif yaradılmışdır.

Beləliklə, Respublika üzrə hal-hazırda ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayonda, 82 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir.

Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil ediləcəkdir.

 

Qeyd: Həmin siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn mesabiqələrinin nəticələri götürülmüşdür. Fənn müsabiqəsində yüksək nəticə göstərən şagirdlər həmin xüsusi siniflərə cəlb edilmişlər. Bununla yanaşı sinif komplektləşdirilməsində bu şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan edilmiş və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb edilmişlər.

Xüsusi siniflərə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçilmişlər.

Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir. Qeyd edək ki, xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərdə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.