• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

SABAH qrupları

Təhsil Nazirliyi SABAH qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil nazirinin 19.06.2014-cü il tarixli, 734 №-li əmri ilə 2014/2015-ci tədris ilində ilkin olaraq 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat), 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində fəaliyyətə başlamışdır. 


Hazırda Təhil Nazirliyi SABAH qrupları 11 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 35 ixtisası, 2435 tələbəni və 3099 məzunu əhatə edir. Həmçinin, Təhsil Nazirliyi SABAH qrupları layihəsinin modeli əsasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) xüsusi istedadlı tələbələr üçün qruplar da fəaliyyət göstərir. 


SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər.


SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 600 nəfədən artıq olmaqla, ali təhsil müəssisələrinin və AMEA-nın professor və müəllimləri, dövlət və özəl təşkilat və müəssilərin müvafiq sahədə təcrübəli mütəxəssislərindən seçilmişdir. 


SABAH qrupları layihəsi çərçivəsində aşağıdakı inkişaf etdirici layihə və tədbirlər həyata keçirilmişdir:


SABAH Karyera İnkişafı Sərgisi; SABAH İnnovasiya Forumu; Xaricdə Təhsil Sərgisi; SABAH Karyera Akademiyası; SABAH Karyera Qış Məktəbi; SABAH Bilik Yarışması; SABAH İncəsənət Festivalı; “Your English Voice” müsabiqəsi; SABAH Tələbə Debat Forumu; SABAH Vergi Bilik Yarışması; London Yay Məktəbi; “Sarbon-Adu-Dabi” təcrübə mübadiləsi tədbirləri; “SABAH-ın müəllimi” təcrübə proqramı 

 

SABAH qrupları tələbələri üçün yaradılan imkanlar:
• müasir tədris metodlarının təlbələrinə uyğun şəxsiyyət yönümlü təhsil; 
• əmək bazarı subyektləri ilə sıx əlaqələrin qurulması və təcrübə yönümlü tədris;
• ixtisaslaşdırılmış modul tipli SABAH auditoriyaları; 
• SABAH Tələbə təqaüdü; 
• SABAH yataqxanası.