• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Rəqəmsal bacarıqlar

2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb. 


Layihə artıq dörd ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.  


Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir şəhər və rayonları üzrə 222 məktəbdə tətbiq edilir, 13 mindən çox müəllim heyəti və 120 minədək II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini əhatə edir. 


Bu illər ərzində məktəblərdə layihə çərçivəsində informatikanın yeni formatda tədrisi ilə yanaşı, müxtəlif yaş qrupları üzrə şagirdlər üçün həm beynəlxalq, həm də yerli müsabiqələr və tədbirlər keçirilir.