• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ehtiyat dərslik

Ümumi təhsil müəssisələrinin ibtidai sinifləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” fənləri üzrə ehtiyat dərsliklərin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 611s nömrəli 24.11.2016-cı il tarixli Sərəncamına əsasən həyata keçirilir.


Ehtiyat dərsliklər Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanır.  Bu dərsliklərin hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə edilir. 


Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.


Ehtiyat dərsliklərin hazırlanması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:


1.  Müəllif seçimi. Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında “Azərbaycan dili” fənni üzrə 160, “Riyaziyyat” fənni üzrə  145 ümumi təhsil müəssisəsində işləyən müəllimlər arasında üçmərhələli müsabiqə keçirilmişdir. Dərslik hazırlığına həmçinin, Azərbaycanın ali təhsil müəssisələrinin alim və pedaqoqları cəlb edilmişdir. Tədrisi xarici təhsil proqramları əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilmiş, onların təcrübələri öyrənilmiş və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunmuşdur.


2. Ehtiyat dərsliklərin hazırlanması konsepsiyası. Dil və riyaziyyatın tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edilmiş, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilmişdir. Nəticədə, yaradılan ehtiyat dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilmiş və xüsusi sənəd formasında hazırlanmışdır.


3. Məzmunun təkmilləşdirilməsi. 4-cü sinif şagirdləri arasında   oxunun və qavramanın (PIRLS) və riyazi təhsilin (TIMSS) keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatların çərçivə sənədləri təhlil edilmişdir. İbtidai siniflərdə “Azədbaycan dili” və “Riyaziyyat” fənləri üzrə hazırda istifadə olunan təhsil proqramlarının təkmilləşdirilməsi  istiqamətində təkliflər hazırlanmışdır.


4. Dərslik komplektlərinin hazırlanması. Hazırlıq prosesi (müəllif seçimi, araşdırmalar, müzakirələr, treninqlər) bitdikdən sonra dərslik komplekti üzərində işə başlanmışdır. İlk dəfə olaraq valideynlərin müasir təhsil sahəsində maarifləndirilməsi və onların tədris prosesində iştirakının təmin olunması məqsədi ilə dərslik komplektinə valideyn bələdçisi əlavə edilmişdir. Bədii tərtibat işinə və illüstrasiyaların çəkilməsinə dərslik nəşrində təcrübəsi olan peşəkar mütəxəssislər cəlb olunmuşdur. Yaradıcı heyətə beynəlxalq təcrübəyə malik uşaq psixoloqları  və alimlər daxil edilmişdir.


5. Sınaq prosesi. Tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir. Dünyanın aparıcı təhsil sistemlərində bu mərhələ xüsusi əhəmiyyət kəsb edir. İndiyə kimi ölkəmizdə analoji təcrübə olmamışdır. Pilot layihədə iştirak edən siniflər reprezentativ seçim əsasında müəyyən olunmuş və ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə edir. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq və onun nəticələrinin təqdim edilməsi, ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsinin təşkili  və ictimai rəy öyrənilk.


6. Kütləvi istifadə. Sınaqda iştirak edən müəllimlərin, ekspertlərin, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcəkdir.


Ölkədə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı sürətlə artdığından, lakin hələ də şagird kontingentini tam əhatə etmədiyindən ehtiyat dərsliklərdə məktəbəhazırlıq səviyyəsi tam deyil, qismən nəzərə alınmışdır. Belə ki, I sinifdə tədrisin ilk həftələri hərfləri tanıma, kəsmə əlifba vasitəsilə sözlərin düzdilməsi, 10-a qədər sayma və ədədləri tanıma bacarıqlarının təkrarına həsr olunub.


Bu yanaşmaların effektivliyi və yerli mühitə adaptasiyası yaradıcı heyətin tərkibinə daxil olan beynəlxalq təcrübəli psixoloqlar tərəfindən araşdırılmışdır. Tədqiqatlar bir daha dilin və riyaziyyatın tədrisində təklif olunan yeni yanaşmaların hazırda kiçikyaşlı uşaqların zehni inkişaf səviyyəsinə tam uyğunluğunu təsdiq etmişdir. Ehtiyat dərsliklər əsasında keçirilən ilkin sınaq dərsləri də buradakı materialların müvafiq yaş dövrü üçün adekvat olduğunu göstərdi.

 

 

 

Ehtiyat dərsliklərin hazırlanması istiqamətində görülmüş işlər:


Dərslik komplektlərinin hazırlanması ilə bağlı müəllif seçimi, araşdırmalar, müzakirələr, treninqlər aparılmışdır. 


I siniflər üçün dərsliklər hazırlanaraq 2020-2021-ci dərs ilində kütləvi istifadəyə təqdim edilmişdir.


II sinlər üçün dərslik komplektləri hazırda 231 dövlət ümumi təhsil müəssisəsində sınaqdan keçirilir. Sınaqda iştirak edən müəllimlərin, ekspertlərin, rəyçilərin, həmçinin trims.edu.az saytında ictimai müzakirə bölməsindəki irad və təkliflər ümumiləşdirilərək dərslik komplektlərində müvafiq düzəlişlər edilərək 2021-2022-ci dərs ilində kütləvi istifadə üçün dövlət ümumi təhsil müəssisələrinə təqdim ediləcək.


III sinif dərslik komplektləri də hazırda 231 dövlət ümumi təhsil müəssisəsində sınaqdadır. Onlara dair irad və təkliflər nəzərə alınaraq, 2021-2022-ci dərs ilində yenidən pilot layihə kimi ümumi təhsil müəssisələrinə təqdim ediləcəkdir.


IV sinif dərslik komplektlərinin hazırlanması prosesi gedir. 2021-2022-ci dərs ilində ilk dəfə pilot layihə kimi dövlət ümumi təhsil müəssisələrinə təqdim ediləcəkdir.


Bunlarla yanaşı, V siniflər üçün “Təbiət” fənni üzrə ehtiyat dərslik hazırlanır və 2021-2022-ci dərs ilində sınaqdan keçirilməsi nəzərdə tutulur.