SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan üçün öyrət
“Azərbaycan üçün Öyrət” təhsil proqramı 2016-cı ildə yaradılıb.
“Azərbaycan üçün öyrət” təhsil proqramı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.
Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin, şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir.
Proqram hazırda fəaliyyətini yay aylarında “Təhsil avtobusu” yay məktəbi vasitəsilə davam etdirir.
“Təhsil avtobusu” yay məktəbi ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Məqsədi bölgələrdə şagirdlərin şəxsi inkişafına stimul vermək, onların həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artırılmasına şərait yaratmaqdır. Yay məktəbində bərabər təhsil imkanlarının yaradılması üçün orta göstəricisi orta və zəif olan tələbə və şagirdlər iştirak edir.
Yay məktəbində təlimçi və ekspertlər tərəfindən şəxsi inkişaf, natiqlik, incəsənət, sahibkarlıq, yaradıcılıq, peşə təlimləri, STEM, sağlam təhsil və təhsil alanların inkişafını təmin edəcək mövzularda tədris olunur və intellektual yarışlar, komanda oyunları keçirilir.
“Azərbaycan üçün Öyrət” təhsil proqramının fəaliyyətlərinə qoşulmaq üçün sosial şəbəkələrdəki səhifələrini izləmək lazımdır. Fəaliyyətlər və məlumatlar mütəmadi olaraq paylaşılır.
Qeyd edək ki, “Azərbaycan üçün Öyrət” təhsil proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi başda olmaqla bir sıra dövlət və özəl qurumlarla korporativ sosial məsuliyyət çərçivəsində əməkdaşlıq edir.