• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Arazbarı kəndində yeni məktəb binasının tikintisi başa çatır

Dövlət vəsaiti hesabına ucaldılan bina 10 sinif otağı, kitabxana və kompyuter kabinetindən ibarətdir. Təhsil ocağının nasosxana və istilikxanası da olacaqdır. Yeni məktəb üçün kifayət qədər müasir avadanlıq alınmışdır. Məktəb binasının sentyabrın 15-dək təntənəli mərasimlə şagirdlərin ixtiyarına verilməsi planlaşdırılır. AzərTAc

İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İyunun 11-də təhsil naziri Misir Mərdanov İSESKO-nun Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Misir Mərdanov qonağı səmimi salamlayaraq ona böyük hörmət və ehtiramını çatdırıb, eyni zamanda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forumun təşkilində göstərdiyi dəstəkdən söz açıb. Nazir həmçinin Azərbaycanın qonağın rəhbərlik etdiyi qurumda aparıcı üzvlərdən birinə çevrildiyini qeyd edib. Sonra nazir cari ilin oktyabrında islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin Bakıda keçiriləcək IV  konfransına dair görüləcək işlərdən danışıb, hazırlıq işlərinin təşkilinə böyük önəm verdiyini açıqlayıb. Misir Mərdanov öz çıxışında tədbirə dəvət olunacaq şəxslər, qonaqların yerləşdirilməsi və bu kimi məsələlərə də toxunub. Cənab Əbdüləziz Bin Osman Əl-Tüveycri öncə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusundakı beynəlxalq forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin əhəmiyyətindən, habelə cari ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan konfransa hazırlıq istiqamətində görülən işlərdən söz açıb. Görüşdə konfransa dair proqram layihəsinin hazırlanması, eləcə də birgə görüləcək digər mühüm məsələlərlə bağlı fikir mübadiləsi edilib.

Bu gün saat 18.00 - da orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri Təhsil Nazirliyinin saytında (www. edu.gov.az) yerləşdiriləcək.

Bu gün saat 18.00 - da orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri Təhsil Nazirliyinin saytında (www. edu.gov.az) yerləşdiriləcək. Təhsil Nazirliyi tərəfindən attestat almaq hüququ olan məzunlar barədə məlumatın isə iyunun 16-da nazirliyin internet səhifəsində verilməsi nəzərdə tutulur.

İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb.

İyunun 9-da təhsil naziri Misir Mərdanov ABŞ-ın İndiana Universitetinin beynəlxalq tədqiqat və inkişaf üzrə vitse-prezidenti cənab Çarlz Rifsnider, Mərkəzi Avrasiya bölməsi üzrə direktoru cənab Uilyam Fiermanla görüşüb. Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra İndiana Universiteti ilə mövcud olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, bu təhsil ocağının ölkəmizin bir neçə universiteti ilə sıx əlaqələri vardır. Nazir ABŞ-a səfər zamanı İndiana Universiteti ilə yaxından tanış olduğunu qeyd edib və dünyanın bu kimi nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil almasının əhəmiyyətini vurğulayıb. Cənab Çarlz Rifsnider səmimi qəbul üçün nazirə təşəkkür edib. İndiana Universiteti barədə nazirə məlumat verən qonaq əlavə edib ki, təmsil olunduğu təhsil müəssisəsi beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində fəal iş aparır. Qonaq İndiana Universitetində azərbaycanlı gənclərin təhsil almasında maraqlı olduğunu açıqlayıb. Görüşdə tərəflər birgə elmi-tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, İndiana Universiteti tələbələrinin ölkəmizdə Azərbaycan dili üzrə kurslarda iştirakı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin gələn ildən həmin universitetdə daha önəmli ixtisaslar üzrə təhsili, eləcə də digər mühüm məsələlər ətrafında fikir mübadiləsi ediblər. Təhsil naziri Misir Mərdanov bu görüşün mövcud əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının təhsil sahəsi üzrə bir qrup mütəxəssisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları nazirlikdə görməkdən məmnunluq duyduğunu ifadə edib. ABŞ-ın Ali Təhsilin Akkreditasiyası Şurası Prezidentinin bu görüşdə iştirak etdiyini vurğulayan nazir son illər ölkəmizdə akkreditə üzrə aparılan işlər haqqında danışıb, müvafiq qayda və əsasnamələrin hazırlandığını diqqətə çatdırıb. Eyni zamanda nazir bu sahədə ABŞ təcrübəsindən yararlanmağın da əhəmiyyətini qeyd edib. Azərbaycanla ABŞ arasındakı mövcud əlaqələrdən söz açan Misir Mərdanov xeyli sayda azərbaycanlı gəncin qeyd olunan ölkədə müxtəlif proqramlar üzrə təhsil aldığını vurğulayıb. Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir bildirib ki, 2015-ci ilədək 5000-ə yaxın azərbaycanlı gəncin xaricdə təhsil alması nəzərdə tutulur. ABŞ Dövlət Departamentinin Təhsil bürosu və mədəni məsələlər üzrə xüsusi nümayəndəsi cənab David Plak öncə bu ilin əvvəllərində Azərbaycana rəsmi səfər edən ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri cənab Tomas Farrellin salamını nazirə çatdırıb. Təmsil olunduğu təşkilatın bir sıra proqramlar həyata keçirdiyindən, Fulbrayt proqramı çərçivəsində əlaqələrdən danışan qonaq bu görüşü gələcək dialoqun başlanğıcı adlandırıb. Ali Təhsilin Akkreditasiyası Şurasının Prezidenti xanım Judis İton qəbul üçün nazirə təşəkkür etdikdən sonra rəhbəri olduğu qurumun məqsəd və məramı, akkreditasiya sahəsində gördüyü işlər haqqında məlumat verib. Qonaq əlavə edib ki, 3 000-dən artıq dərəcə verən kollec və universiteti özündə birləşdirən bu təşkilat milli qurum səviyyəsində müvafiq istiqamətdə iş aparır, ona, habelə 60 təşkilat daxildir. Nazir öz növbəsində ölkəmizdə akkreditə işinin aparılmasına yardım edilməsi təklifi ilə çıxış edib və mövcud sahə üzrə normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində rəy bildirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Beynəlxalq Təhsil Universiteti Qəbul xidmətinin direktoru xanım Linda Tobaş da mübadilə proqramlarının əhəmiyyətini qeyd edərək, bu işin daha da inkişaf etdirilməsindən danışıb. L.Tobaş təmsil olunduğu qurumun gördüyü işlər və ABŞ-da fəaliyyət göstərən universitetlər barədə məlumat verib. Görüşdə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın təsdiq edilməsi, gənclərin müxtəlif proqramlarda iştirakı, eləcə də bununla bağlı digər məsələlər müzakirə olunub. ABŞ-ın ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri cənab Conatan Henk görüşdə iştirak edib.

İyunun 6-da ölkəmizin 19 şəhər və rayonunda mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək.

İmtahanlar bu bölgələrin ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərini, peşə liseylərini, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələrinin nəzdindəki orta məktəbləri əhatə edəcək.     İyunun 6-da ölkəmizin 19 şəhər və rayonunda mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçiriləcək. İmtahanlar bu bölgələrin ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərini, peşə liseylərini, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyaları, ali təhsil müəssisələrinin nəzdindəki orta məktəbləri əhatə edəcək. 133 mərkəzdə keçiriləcək imtahanlarda 52 minə yaxın şagird iştirak edəcək. Ötən tədris ilində müəyyən fənlərdən “qeyri-kafi” qiymət alaraq attestat almayan 1500-ə yaxın şagird onlar üçün yaradılmış 4 mərkəzdə ayrıca imtahan verəcək.   Təlimata uyğun olaraq səkkiz fənnin hər hansı birindən qeyri-müvəffəq qiymət alan şagirdə attestat verilməyəcək.

İyunun 4-də Təhsil Nazirliyində “2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti” mövzusunda kollegiya iclası keçirilib.

İyunun 4-də Təhsil Nazirliyində “2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti” mövzusunda kollegiya iclası keçirilib. Təhsil naziri Misir Mərdanov bu sahənin əhəmiyyətini qeyd edərək ərizə və şikayətlərə vaxtında baxılmasının, aparılan işlərin daha da təkmilləşdirilməsinin və mövcud çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Sonra nazir müavini Elmar Qasımov bu barədə geniş məlumat verərək bildirib ki, 2007-ci ildə Təhsil Nazirliyinə 16 437 ərizə və şikayət, 20 742 məktub olmaqla, ümumilikdə 37 184 sənəd daxil olub. Onlardan 356 ərizə və 259 məktub nəzarətə götürülüb. Eyni zamanda nazirliyin bütün şöbələrinə daxil olan ərizə, şikayət və digər məzmunlu müraciətlərə baxılıb, onların mövcud qaydalara uyğun icrası təmin olunub və ətraflı cavab verilib. Nazir müavini  ərizə xarakterli müraciətlərdə, əsasən, xaricdə təhsil alan tələbələrin problemləri, işlə təminat, azad təyinat, ali məktəblərə bərpa, təhsil xərclərinin ödənilməsinə kömək, yaşı 6-ya çatmayanların məktəbə qəbulu və s. məsələlərin üstünlük təşkil etdiyini açıqlayıb. E. Qasımov həmçinin Təhsil Nazirliyinin ayrı-ayrı struktur bölmələrində kargüzarlıq işlərinin daha da yaxşılaşdırılması məqsədilə İKT-nin tətbiqi və bu işlərin lazımi səviyyədə aparılmasının zəruriliyini bildirib. Kollegiyada “Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti” üzrə digər bir məsələ müzakirə olunub. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov bu fənnin tarixi mərhələləri, onun tədrisinin təkmilləşdirilməsi sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar haqqında danışıb. A. İbrahimov Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində işləyən gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlərin tərkibi, fənn kabinetlərinin vəziyyəti barədə məlumat verib, eləcə də müvafiq dərsliklərin təkmilləşdirilməsinə dair təklifləri qeyd edib. Sonda müzakirə olunan məsələlərlə bağlı kollegiyanın qərarı qəbul olunub.

İyunun 4-də Təhsil Nazirliyində “Mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq” mövzusunda kollegiya iclası keçirilib.

İyunun 4-də Təhsil Nazirliyində “Mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq” mövzusunda kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu günkü tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb, imtahanların keçirilməsi ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Nazir mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları barədə fikirlərini açıqlayaraq, bir sıra neqativ hallara yol verildiyini bildirib, bəzi imtahan rəhbərlərinin işə məsuliyyətsiz yanaşması səbəbindən yaranan neqativ hallara da toxunub. Sonra qeyd olunan mövzu üzrə nazirliyin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdir müavini Təranə Hacıyeva iştirakçılara ətraflı məlumat verib. T. Hacıyeva bildirib ki, üçüncü mərkəzləşdirilmiş yoxlama imtahanı ölkəmizin 29 rayonunu, Təhsil Nazirliyinin tabeliyində və ali məktəblərin nəzdində olan orta məktəbləri, peşə liseylərini əhatə edib. İmtahana 51557 şagird cəlb edilsə də, 49780 şagird iştirak edib. T.Hacıyeva fənlər və məktəblər üzrə müvəffəqiyyət göstəricilərini diqqətə çatdırıb, yoxlama imtahanında nümunəvi fəaliyyəti ilə fərqlənmiş, eləcə də işə məsuliyyətsiz yanaşan nəzarətçilər, məktəb direktorlarının səhlənkarlığı üzündən qeyd olunmuş faktlar barədə məlumat verib. Eyni zamanda iyunun 6-da keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlərdən danışıb. İclasda həmçinin “2006-2007-ci dərs ilində kənd rayonları və şəhərlər üzrə ümumtəhsil məktəblərinin XI siniflərini əla qiymətlər, fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti” mövzusu üzrə nazirliyin müvafiq şöbə müdirlərinin hesabatları dinlənilib. Sonda Misir Mərdanov yoxlama imtahanında iştirak edən nəzarətçilərin işinə qiymət verilməsinin vacibliyini bildirib və qeydə alınan neqativ halların təkrarlanmaması məqsədilə nəzərdə tutulan yeniliklərdən söz açıb, habelə imtahanlarda şagirdlərin mobil telefondan istifadəsinin qadağan edilməsinə dair tapşırıq verib.

Mayın 25-dən 31-dək Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının “Peşə təhsili, təlimi (PTT) islahatı strategiyası və Azərbaycanın seçilmiş regionlarında sınaq tətbiqi” layihəsinin tenderi üzrə təkliflərinin qiymətləndirilməsi məqsədilə Qiymətləndirmə Komitəsinin iclası keçirilib. İclasda Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ekspert qismində iştirak edib.

Mayın 25-dən 31-dək Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının “Peşə təhsili, təlimi (PTT) islahatı strategiyası və Azərbaycanın seçilmiş regionlarında sınaq tətbiqi” layihəsinin tenderi üzrə təkliflərinin qiymətləndirilməsi məqsədilə Qiymətləndirmə Komitəsinin iclası keçirilib. İclasda Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ekspert qismində iştirak edib. Qiymətləndirmə Komitəsi iclasının keçirilməsində əsas məqsəd İsmayıllı rayonunda tikilən Turizm və Otelçilik üzrə Peşə Məktəbinə texniki yardım edən şirkətin müəyyənləşdirilməsi olub. Qeyd olunan komitənin qərarına əsasən qısa siyahıya düşən 8 konsorsiumdan biri qalib seçilib. Bu təşkilat İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılmasında, turizm və otelçilik ixtisasları üzrə kurrikulum, dərsliklər və dərs vəsaitlərinin hazırlanması, peşə təhsilinin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində və s. iştirak edəcək. Məlumat üçün bildiririk ki, yaxın 1 ay ərzində Təhsil Nazirliyi ilə həmin təşkilat arasında rəsmi müqavilə imzalanması nəzərdə tutulub.

İyunun 1-də Ağcabədi rayonu 2, 5 və 11 saylı məktəblərin şagirdləri arasında Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Biz hüquqlarımızı öyrənirik” mövzusunda bilik yarışması olub.

İyunun 1-də Ağcabədi rayonu 2, 5 və 11 saylı məktəblərin şagirdləri arasında Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Biz hüquqlarımızı öyrənirik” mövzusunda bilik yarışması olub. Tədbir Beynəlxalq Xilasetmə Komitəsinin (BXK) Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərində reallaşdırdığı İnsan Hüquqlarının tədrisi layihəsi çərçivəsində keçirilib. Onu da qeyd edək ki, İsveç Beynəlxalq İnkişaf Agentliyi (SIDA) tərəfindən maliyyələşdirilən layihəyə əsasən Ağcabədi rayonunda müəllim, şagird və tələbələr üçün insan hüquqları, eləcə də fəal təlim metodologiyaları üzrə mütəmadi olaraq maarifləndirmə aparılır. Bilik yarışmasında müxtəlif mövzular üzrə plakat yarışı və uşaq hüquqları üzrə sual-cavab sessiyaları keçirilib. I yerin qalibləri olan Ağcabədi şəhər 5 saylı orta məktəbin şagirdlərinə diplom təqdim olunub, digər məktəblər isə iştirakçı diplomları ilə təltif edilib. Eyni zamanda tədbir iştirakçısı olan məktəblərə hədiyyələr verilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı